İdman

Formula 1 üzrə Çin qran-prisi ləğv olundu

5 Fevral 2020 17:39
0 Şərh     Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Formula 1 üzrə Çin qran-prisi bu il keçirilməyə bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, buna səbəb bu ölkədə koronavirusun yayılmasıdır. Şanxay İdman Federasiyası ölkədəki böyük idman tədbirlərinin koronavirus aradan qaldırılmayana qədər ləğv olunduğunu bildirib. Beləliklə, yarışın təşkilinə yerli hakimiyyət rəsmən icazə verməyib. 

Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Formula 1 rəhbərliyi hələ mərhələnin ləğvi və ya təxirə salınması ilə bağlı rəsmi açıqlama verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.