İdman

Ronaldu futbol tarixində 3-cü oldu

3 Fevral 2020 14:05
8 Şərh     Baxış: 4 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu futbol tarixində karyerasındakı qol sayında 3-cü yerə çıxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna A Seriyasının XXII turunda "Fiorentina" ilə görüşdə etdiyi dubl sayəsində nail olub.

Ronaldu klub və yığmadakı matçlarda bombardirlik göstəricisini 722 topa çatdırıb. O, 720 qola malik almaniyalı Herd Mülleri geridə qoyub.

Təcrübəli forvardı iki braziliyalı - Pele (767) və Romario (734) üstələyir. Ən yaxşı bombardirlər "altılığ"ına macarıstanlı Ferents Puşkaş (706) ilə "Barselona" və Argentina millisinin kapitanı Lionel Messi (705) də daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.