İdman

PSJ-nin yetirməsi rəsmən "Qəbələ"də

30 Yanvar 2020 20:24
0 Şərh     Baxış: 1 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən "Qəbələ" klubu heyətinə yeni futbolçu qatıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" qış "transfer pəncərəsi"ndə fransalı Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb. 

Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, "Kretey" (2015-2016) və "Lans" (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-2019-cu illərdə Belçikanın "Union Sent Jiluaz" klubunun formasını geyinib.

Qeyd edək ki, "Qəbələ" bunadək qış "transfer pəncərəsi"ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.