İdman

"Mançester Yunayted"in zədəlisi sıraya döndü

1 Yanvar 2020 00:10
0 Şərh     Baxış: 762
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Mançester Yunayted"in zədəli futbolçularından biri sıraya dönüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, söhbət "qırmızı şeytanlar"ın müdafiəçisi Erik Bayidən gedir.

25 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Bayi bu ilin aprel ayında dizindən aldığı ağır zədə səbəbindən əməliyyat olunmuşdu. Fil Dişi Sahili yığmasının üzvünün 2020-ci ilin əvvəlində sıraya dönəcəyi ehtimal olunurdu ki, böyük ehtimalla belə də olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.