İdman

"Real Madrid" Poqbadan imtina etdi

22 Dekabr 2019 11:34
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid" yanvarda "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı transfer etməkdən imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bununla bağlı Madrid təmsilçisinin nümayəndələri fransalı yarımmüdafiəçinin agenti Mino Rayolaya bildiriblər. "Kral klubu" 26 yaşlı oyunçuya bu məlumatın çatdırılmasını xahiş edib.

Buna səbəb "Mançester Yunayted"in qışda Poqbanı satmaq istəməməsi, eyni zamanda "Real"da yarımmüdafiəçi Fede Valverdeninin oyunundakı irəliləyişdir.

Ancaq buna baxmayaraq, Poqbanı bəyənən La Liqa klubunun baş məşqçisi Zinəddin Zidan yayda onu komandasına görmək istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.