Cüdo üzrə Azərbaycan yığmasının üzvü Rüstəm Orucov dünya reytinq cədvəlində 73 kq çəkidə ilk pilləyə yüksəlib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə idmançı "İnstaqram" hesabında paylaşım edib.
O, 5921 xalla liderliyi ələ alıb. İkinci yerdə yaponiyalı Haşimoto Soiçi qərarlaşıb. İlk "3-lük"də daha bir azərbaycanlı cüdoçu yer alıb. Rüstəm Orucovla eyni çəkidə mübarizə aparan Hidayət Heydərov 3-cü yerə sahib çıxıb. Onun hesabında 4623 xal var.
Milli.Az