"Azərbaycan xalqının bu finala layiq olmadığını düşünmək ayrıseçkilikdi" - Aleksander Çeferin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UEFA prezidenti Aleksander Çeferin bu yay Avropa Liqasının final matçının Bakıda keçirilməsi qərarını növbəti dəfə müdafiə edib.
Milli.Az matc.az-a istinadən saytı xəbər verir ki, o, "Mirror" nəşrinə açıqlamasında britaniyalıların narazılığının haqsız olduğunu söyləyib.
Çeferin "Çelsi" ilə "Arsenal" arasındakı həlledici qarşılaşmanın İngiltərədən uzaqda yerləşən Azərbaycanda keçirilməsi ilə bağlı tənqidləri qəbul etməyib.
Sloveniyalı funksioner qərardan peşman olmadıqlarını da vurğulayıb: "Sizə bir şeyi söyləyəcəm. Finalda iki Azərbaycan komandası oynasaydı və bunun Londonda keçiriləcəyini söyləsəydik, heç kim şikayət etməzdi. İngiltərə Premyer Liqa klubunun prezidenti mənə dedi ki, ingilis azarkeşlər ən ucuz bilet və ən bahalı oyunçular istəyir. Heç kim finalın İngiltərədə təşkil olunmasını tələb edə bilməzdi. İki ingilis komandasının həlledici matça vəsiqə qazanacağını kim bilirdi? "Zenit" Avropa Liqasının qalibi olmuşdu. Onlar üçün Bakıya gəlmək Londondan daha yaxındı. Yalnız finaldan bir ay əvvəl iki ingilis komandasının həlledici görüşdə üz-üzə gələcəyini başa düşdük. Yeri dəyişmək mümkün deyil. Çünki il yarım öncədən hazırlıqlar başlayır. Həm də Azərbaycan xalqı çox qürurlu, xoşbəxt idi. Uzaq olduqları üçün bu finalı izləməyə layiq olmadıqlarını düşünmək ayrıseçkilik olar. Dünyanın mərkəzi İngiltərədi?"
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən final matçında "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış





