İdman

Obradoviçin qələbə şərhi

14 Noyabr 2019 21:07
0 Şərh     Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oyunun gərgin keçəcəyini gözləyirdik. Bilirdik ki, rəqib daha çox müdafiə olunacaq, əks-hücumlarda qol vurmağa çalışacaqdı".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində bu gün Lixtenşteynlə keçirilən görüşdən sonra mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis Sumqayıtda qazandıqları qələbəni (1:0) belə şərh edib: "Fasilədə uşaqlarla söhbətimizdə bunu onların diqqətinə çatdırdıq və bir qədər səbrli, soyuqqanlı olmalarını tapşırdıq. Hücumlarımızı daha çox cinahlardan qururduq. İsveçrə ilə oyunda da hücumları cinahdan qurmuşduq, amma həmin görüşdə daha çox hava ötürmələrinə üstünlük vermişdik. Futbolçulara bu dəfə yerlə oynamalarını tapşırmışdıq.

Bu gün satdionda bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.