AGF növbəti dəfə aerobika gimnastikası üzrə məşqçilik kursları təşkil etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Akademiyasının 2-ci dərəcəyə aid məşqçilik kursları start götürüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən ölkəmizdə bu növ üzrə ikinci dəfədir ki, təşkil edilən məşqçilik kurslarının 5 noyabr tarixində baş tutan açılış mərasimində ekspertlər, iştirakçılar və federasiya nümayəndələri iştirak edib.
Kursların rəhbəri FIG Akademiyasının eksperti, beynəlxalq dərəcəli hakim və Avropa Gimnastika İttifaqının aerobika gimnastikası üzrə texniki komitəsinin üzvü Olqa Kiseloviçova kursun açılışı zamanı iştirakçılara ümumi məlumat verib.
AGF-nin Baş katibi Nurlana Məmmədzadə isə ekspert və iştirakçıları salamlayaraq, bu kursların əhəmiyyətindən danışıb.
Aerobika gimnastikasının Azərbaycanda 2013-cü ildən etibarən inkişaf etdirildiyini qeyd edən N. Məmmədzadə bildirib ki, ölkəmiz artıq bu növ üzrə beynəlxalq tədbirlərə ev sahibliyi edir. "Baxmayaraq ki, biz aerobika gimnastikasını son dövrlərdə inkişaf etdirməyə başlamışıq, ölkəmiz artıq 2019-cu ildə bu növ üzrə ilk dəfə olaraq Avropa Çempionatını təşkil edib. 2020-ci ildə isə Azərbaycan aerobika gimnastikası üzrə Dünya Yaş Qrupu yarışları və Dünya Çempionatına ev sahibliyi edəcək" deyə, o, bildirib.
Daha sonra Olqa Kiseloviçova kurs iştirakçılarına anti-dopinqlə bağlı məlumat vermiş və imtahanlar haqqında təlimatlandırmışdır.
Kurs Braziliyadan olan ekspert Katia Lemos və aerobika gimanstikası üzrə Azərbaycan yığmasının Baş məşqçisi, ekspert Marian Kolev tərəfindən keçirilir. 12 noyabra qədər davam edəcək kurslarda Azərbaycan, Argentina, İran, Meksika, Moldova və Ukraynadan olan ümumilikdə 19 nəfər iştirak edir.
Nəzəri və təcrübi hissələrdən ibarət kurslar 2 dildə - ingilis və rus dillərində keçirilir.
Qeyd edək ki, ötən il Bakıda aerobika gimnastikası üzrə 1-ci dərəcəyə aid məşqçilik kursları təşkil edilmişdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)





