Türkiyədə müzakirələrə səbəb olan azərbaycanlı şərhçi: "Fikrət Ormandan pulları soruşmurdum"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Beşiktaş"ın İngiltərənin "Vulverhempton" komandasına İstanbulda 0:1 hesabı ilə uduzduğu oyunu Rusiyanın "Matç TV" telekanalı üçün şərh edən azərbaycanlı jurnalist Elvin Kərimovun sözləri Türkiyədə müzakirələrə səbəb oldu.
Onun türkcə azarkeşin "Beşiktaş"ın prezidentindən hesabatını - "Fikret Orman, paralar nerede?" ("Fikrət Orman, pullar hardadır?") sualını canlı yayımda təkrarlaması maraqla qarşılandı.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Ajansspor" məsələ ilə bağlı Elvin Kərimovun fikirlərini öyrənib.
Kərimov rus olmadığını, azərbaycanlı olduğunu və sadəcə, "Beşiktaş" azarkeşlərinin tribunada çağırışını təkrarladığını bildirib:
"Dəyərli futbolsevərlər. Mən azərbaycanlıyam. Rusiyada yaşayıram. Ancaq Türkiyə futbolunu 2000-ci ildən bəri sevirəm və bütün matçlarla bərabər, proqramları izləyirəm. İdman qəzetlərini də oxuyuram. Mən Moskvada "Matç TV" telekanalında futbol şərhçisiyəm. Bütün Türkiyə komandalarının matçlarının Rusiyada şərhçiliyini mən edirəm
"Beşiktaş" - "Vulverhempton" matçında canlı yayımda söylədim: "Beşiktaş" azarkeşi bütün matçlarda "Fikret Orman, paralar nerede" deyə qışqırırlar. Sonra rus dilinə o cümləni tərcümə etdim. Sadəcə, bu mövzunu tamaşaçılara izah etdim. Mən bilmirdim ki, Türkiyədə sözlərim müzakirələrə səbəb olacaq.
Mən oyunun fasiləsində "Twitter"ə girdim və gözlərimə inana bilmədim. Mənə Türkiyədən mesajlar gəlirdi. Ancaq insanlar mənim sözlərimi başa düşməmişdi. Mən mövzunu izah etdim, Fikrət Ormandan pulları soruşmadığımı dedim. Ancaq o cümləni eşidincə insanlar şoka düşmüşdü.
"Twitter"də bəzi insanlar mənim Fatih Terimlə fotomu görüb fikirləşdilər ki, "Qalatasaray"lıyam və "Beşiktaş"ı sevmirəm. Ona görə də bu sözləri canlı yayımda söylədim. Bəli, mən "Qalatasaray"lıyam. Ancaq avrokuboklarda bütün Türkiyə komandalarını dəstəkləyirəm. Və Türkiyə milli komandasını sevirəm. Və "Beşiktaş" uduzanda mən həqiqətən məyus oldum.
Türkiyə futbolu mənim həyatımdır. Oktyabrın sonunda Trabzona gedəcəyəm. "Trabzonspor" - "Krasnodar" matçını Rusiya üçün şərh edəcəyəm. Bütün Türkiyə komandalarına ürəkdən uğurlar arzulayıram".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
5 boksçumuz Avropa çempionatının finalına yüksəldi
-
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Dörd cüdoçumuz bu gün mübarizəyə qoşulacaq
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
XƏBƏR LENTİ
-
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
-
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
-
Salyanda qatar avtomobillə toqquşdu
-
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi
-
İsmayıllıda ev və köməkçi tikilidə yanğın
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qədim Məhəmmədov vəfat etdi
-
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı
-
ABŞ-da atışma nəticəsində 5 nəfər öldü
-
90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik
-
Mingəçevirdə kişi bədbəxt hadisə nəticəsində öldü
-
5 boksçumuz Avropa çempionatının finalına yüksəldi
-
Oktyabrda həyatı dəyişəcək dörd bürc - Yeni səhifə açılır
-
Masazırda 4 avtomobil yanıb kül oldu - (Yenilənib/Video)
-
DYP sürücülərə müraciət edib
-
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
-
Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Sərəncam
-
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
-
Meksikanın Deputatlar Palatasında azərbaycanlı rəssam Mehriban Alışovanın əsərlərindən ibarət “Azərbaycan: təbiətin palitrası” adlı sərginin açılışı olub - (Video/Foto)
-
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
-
Lənkəranın 5 kəndinə dolu düşdü - (Foto)
-
Lahıc - daş küçələrin, qədim sənətkarlığın və tarix qoxulu evlərin ünvanı - FOTOlar
-
Hörmüzdə 11 ticarət gəmisi atəşə tutuldu





