"Kiprdə də təxribatla qarşılaşa bilərik" - Kintana
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"ın futbolçusu Dani Kintana Avroliqanın qrup mərhələsinin ikinci turunda "Düdelanj"la oyundan (4:1) sonra "Marca"ya açıqlama verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi matçda baş verən qalmaqallı hadisə barəsində danışıb:
"Keçən il "Arsenal"la oyunda da belə halla rastlaşmışdıq. Azarkeşlərdən biri əlində bayraq stadiona qaçsa da, onda oyun dayandırılmamışdı. Düşünürəm ki, biz bu cür təxribatlara uymamalıyıq. Amma başa düşürəm ki, bu bəzi oyunçularımız üçün olduqca çətindir. Komanda yoldaşlarım arasında Qarabağ uğrunda döyüşlərdə ailəsini itirən, torpaqlarından didərgin düşənlər var. Düşünürəm ki, baş verənlərə nə qədər az diqqət yetirsək, bir o qədər az təxribat olar. Unutmayaq ki, "Qarabağ" münaqişənin olduğu bölgəni təmsil edir. Hakim bizə dedi ki, bayraq yenidən görünsə, buna fikir verməyək və oyunumuzu oynayaq".
Kintana Avroliqada növbəti oyununda - APOEL-lə görüşdə də erməni təxribatının ola biləcəyini qeyd edib: "Qarşıda bizi APOEL ilə oyunu gözləyir. Səfərdə də oxşar halla qarşılaşa biləcəyimizlə bağlı bizi məlumatlandırıblar. Çünki orada da çoxlu erməni mühacirlər yaşayır. Belə halların davamlı olması utancvericidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü





