İdman

"Qarabağ" - "Sumqayıt" oyununda 2 qol vuruldu

27 Sentyabr 2019 21:25
0 Şərh     Baxış: 1 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib. Milli.Az matc.az-a istinadən bildirir ki, ilk gündə bir oyun baş tutub.

Son çempion "Qarabağ" ilk turlardan qeyri-stabil qrafik cızan "Sumqayıt"ı sınağa çəkib. Ardıcıl 5 qələbə ilə turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi favoriti olduğu görüşdə uğurlu seriyasını davam etdirməyi hədəfləmişdi.

Ötən turda "Sabah"ı məğlub edən "gənclik şəhəri" təmsilçisi isə sensasiya axtarışında idi. Amma "Qarabağ" bu oyunda da qələbə qazanmaqla uğurlu seriyasını davam etdirib.

Azərbaycan Premyer Liqası

VI tur

27 sentyabr (cümə)

"Qarabağ" - "Sumqayıt" 2:0
Qol: D.Kintana, 45+2. M.Emreli, 90.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 99. Maqaye Qeye, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 11. Mahir Emreli, 7. Araz Abdullayev, 6. Simeon Slavçev, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Ayxan Abbasov.

1

Qarabağ

6

6

0

0

15-1

18

2

Səbail

5

3

1

1

7-6

10

3

Keşlə

5

2

1

2

6-3

7

4

Zirə

5

2

1

2

5-6

7

5

Sumqayıt

6

2

0

4

5-9

6

6

Neftçi

5

1

2

2

3-5

5

7

Qəbələ

5

1

1

3

2-10

4

8

Sabah

5

0

2

3

2-5

2

Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt"), Lorenzo Frutos ("Keşlə"), Mirabdulla Abbasov ("Səbail") - 3 qol.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.