İdman

"Qarabağ" - "Sevilya" matçına 2 min bilet qaldı

17 Sentyabr 2019 19:34
0 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Sevilya" matçına maraq böyükdür.

Milli.Az xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan 30 min biletdən 28 mini satılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçına saat 20:55-də start veriləcək.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.