İdman

"Azərbaycanlı futbolçular yaxşı klublarda oynaya bilərlər"

13 Sentyabr 2019 11:04
0 Şərh     Baxış: 2 080

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç CBC Sport kanalında qonaq olub.

Milli.Az xəbər verir ki, yığmamızın baş məşqçisi maraqlı açıqlamalar verib. O, Xorvatiya ilə 1:1 hesablı heç-heçəyə görə futbolçulara mükafat verildiyini deyib:

"Mükafat olduğunu bilirəm, amma məbləği haqda məlumatım yoxdur. Yəqin ki, Xorvatiya bizi udsaydı, onlar da mükafat alacaqdılar". 

"Yurçeviç öz mükafatını alıb?" sualına xorvatiyalı mütəxəssis "Yox, hələ gözləyirəm" cavabını verib. 

Yurçeviç millinin Macarıstan və Slovakiyaya məğlub olduğu matçlarda "Qarabağ"ın futbolçularının bilərəkdən zəif oynaması iddialarına da münasibət bildirib: "Ola bilər ki, hansısa futbolçu yaxşı oynamasın. Təbii ki, bu barədə söz-söhbətlər çox olur. Xorvatiyada da olur, Azərbaycanda da. Ancaq bəzən bəzi futbolçular var ki, istəyirsən ki, o, həmişə yaxşı səviyyədə olsun, lakin həmişə hər şey istədiyin kimi olmur. Xüsusən bu təsnifat mərhələsini qeyd edmək istəyirəm ki, bizim rəqiblərin hər biri yüksək səviyyədə olduğuna görə, bəzən hər şey yaxşı alınmır. Ancaq mənim futbolçularım bütün epizodlarda ən yaxşını etmək istəyirlər. Ola bilər ki, bəzən uğur qazanırlar, bəzənsə yox. Xorvatiya ilə oyunda bütün futbolçular yaxşı oynadılar, Təmkin və Emil xüsusilə fərqləndi. Slovakiya və Xorvatiya ilə oyunları xatırlasaq, çox adam nə dediyimi başa düşəcək. Həmin oyunlarda yalnız nəticəyə kökləndik. Macarıstanla matçda daha çox topla oynamağa çalışdıq. Onlar iki standart vəziyyətdən fərqləndi. Slovakiya ilə görüşdə Kuçka və Hamşikin qollarını xatırlayın. Hər iki qol cərimə meydançasının kənarından vurulmuşdu. Belə qolları hər oyunda görmək olmur".

"Yurçeviç nə vaxtsa Avropa klublarında baş məşqçi olsa hansı azərbaycanlı futbolçunu özü ilə aparar" sualına o, "Mənim üçün bu barədə danışmaq bir qədər çətindir. Ancaq deyə bilərəm ki, Ramil Şeydayevin şansını görürəm. Uelsə qarşı onun yaxşı oyununu izlədik. Suala gəlincə, əsasən, gənc futbolçuları aparmaq istərdim. Düşünürəm ki, onlar yaxşı komandalarda oynaya bilərlər. Məsələn, "Kasımpaşa", "Dinamo Zaqreb". Bir neçə ay öncə Renat Dadaşov məşqdə ən yaxşı oyunçularımızdan biri idi. Onun səviyyəsini görürdük. Oyundan sonra məni çox tənqid etdilər ki, onu niyə oynatmırsan. Mahir, Ramil, Bəhlul, Anton özlərini inkişaf etdirsələr, yaxşı yerlərdə ola bilərlər".

Elçin Əlixan
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.