Ramil Şeydayev Bakıya köçəcək - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli komandamızın hücumçusu Ramil Şeydayev Moskvada yaşayan həmyerlimiz Anar İbrahimovun İBRAKADABRA Youtube kanalının qonağı olub.
Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Moskva "Dinamo"sunun forvardı əvvəlcə başına gələn maraqlı hadisələri danışıb:
- Bir dəfə Aleksandr Səmədovla bazadan taksi ilə gedirik və yolda dünya çempionatı barədə söhbət düşdü. Mən dedim dünya çempionatında 8-ci yer zəif nəticədir. O, bunu eşidən kimi əsəbləşdi. Başladı mənə qəzəblə cavab verməyə ki, "biz 5-ci yer tutmuşuq!" Onlar bunu 5-ci yer kimi qəbul edirlər, 8-ci kimi yox. Mən də başladım məzələnməyə. Həmin vaxt çox hirsləndi.
- Keçmiş komanda yoldaşlarından kimin üçün darıxırsan?
- Çox adam üçün. Ad çəkmək istəmirəm. Amma elə futbolçular var ki, onlarla bir komandada oynamaq istərdim.
- Səmədov?
- Hə, Səmədov. Əla oğlandır. Əla insandır. "Səməd" həqiqətən də möhtəşəmdir.
- Onunla nə barədə danışırdınız? Söhbətləriniz yalnız futbol barədə idi?
- Müxtəlif mövzulardan danışırdıq. Millidən, futboldan. Azərbaycan milli komandası barədə çox söhbət edirik. .
Azərbaycan barədə nə danışırsız?
- Soruşurdu ki, orada vəziyyət necədir? Niyə o vaxt Azərbaycan yığmasında oynamağa razılaşmadı. O, Bakıda keçirilən Avropa Liqasının finalının səfiri idi. Soruşurdu ki, Bakıda hara getmək olar? O gedib-gələndən sonra mənə Bakıdan danışırdı. Bakı onun çox xoşuna gəldi.
Bakıda ona haranı məsləhət gördün?
- Bakıda gəzməyə yer çoxdur. Heydər Əliyev Mərkəzi, Dəniz kənarında görməli restoranlar çoxdur.
- Üç şəhəri fəxri kürsündəki yerlərə ayır: Bakı, Moskva, Piter.
- Piter, Bakı, Moskva. Piter - doğma şəhərimdir. Orada doğulmuşam, ailəm orada yaşayır. Piterdə hər yeri tanıyıram. Bakıda çox rahatam. Bakını çox sevirəm. Bəlkə də gələcəkdə ora köçdüm. Futbol karyeramı bitirdikdən sonra.
- Səni harada daha çox tanıyırlar? Rusiyada yoxsa Azərabycanda?
- Azərbaycanda.
- Bildiyimə görə, Bakıdakı uşaqlar mənə demişdi ki, sən orada ulduzsan.
- Fikrimcə, yox. (hiss olunur ki, utanır)
- "Syon"un qapıçısı Anton Mitruşkinin sualı: "Bir müsahibədə demişdin ki, artıq iki ildir musiqiyə qulaq asmırsan. Bu necə mümkündür və həyatında bəlkə nəsə dəyişib?"
- Həmin müsahibə yadımdadır. Samarada idi. Mən dedim ki, demək olar, musiqiyə qulaq asmıram. Deməmişdim ki, ümumiyyətlə, dinləmirəm. Dostlarla maşında gedəndə məsələn, musiqiyə səs verirlər, qulaq asıram. Mən dinə bağlıyam. Bu sahədə irəli getmək istəyirəm. İstəyirəm ümumiyyətlə, qulaq asmayım. Amma alınmır.
- Kino çəksəydin, orada nədən bəhs edilərdi? Və futbolçulardan kimi çağırardın?
- Döyüş filmi çəkərdim. Və Ayazı (Ayaz Quliyev) çağırardım.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
8 Noyabr prospektində güclü yanğın başlayıb
-
Kokauri gümüş medal qazandı
-
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - Yenilənib
-
Lətifə bu kanalda aparıcılıq edəcək
-
Vəzifəsindən azad olunan polkovnik Nofəl Əsədova yüksək vəzifə verildi
-
İşdən çıxarıldığı deyilən direktorla bağlı rəsmi açıqlama
-
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - (Foto)
-
Qarabağ Universitetinin müəllimi Nuranə Məmmədova hakim təyin olundu
-
Ronaldo millidən uzaqlaşdırıldı
-
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
-
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə Bakı küçələrindən "Ağ Şəhər"ə doğru hərəkət edib - (Foto)
-
29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
-
"Benfika" "Fənərbaxça"nın 50 milyon avroluq təklifini rədd etdi
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto/Video)
-
Görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - (Foto)
-
Dünya ulduzları Bakıda keçiriləcək möhtəşəm beynəlxalq tədbir – Azerbaijan Dance Festival haqqında - (Video/Foto)
-
Qara Qarayevin “Yeddi Gözəl” baleti növbəti dəfə tamaşaçılara təqdim olundu - (Foto)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar - (Foto/Video)
-
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
-
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - (Foto/Video)
-
Ermənistanda hərbçi odlu silah yarasından öldü
-
Cüdoçumuz finala yüksəldi
-
Kiyev metrosunda fövqəladə vəziyyət: Qatarlar hərəkətsiz qaldı





