İdman

Azərbaycan gimnastları komanda yarışlarına liderlik edir - “Bakı 2019”

23 İyul 2019 13:40
Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası üzrə yarışları davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, kişi gimnastlar komanda yarışlarında güclərini sınayırlar. Səməd Məmmədli, Ağakazım Rüstəmov və Mənsum Səfərovdan ibarət Azərbaycan komandasının iştirak etdiyi birinci qrupun yarışları başa çatıb. İslandiya, Kipr, Polşa, Avstriya və Belarusdan olan gimnastların mübarizə apardığı qrupda Azərbaycan idmançıları uğurla çıxış edərək birinci olublar.

Azərbaycan millisi hazırda komanda hesabında irəlidədir.

İkinci qrupda Xorvatiya, İtaliya, Rumıniya, Litva, Macarıstan, Belçika, Serbiya, Slovakiya, Bolqarıstan, Portuqaliya, Andorra, Latviya, Slovakiya, Fransa, İsveç, üçüncü qrupda isə Böyük Britaniya, Niderland, İspaniya, Norveç, Türkiyə, İsveçrə, Ukrayna, Almaniya, Finlandiya, Rusiya və Çexiya gimnastları mübarizə aparacaqlar.

Sonda üç qrupun nəticəsinə görə, qaliblər müəyyən ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.