İdman

EYOF: Güləşçilərimiz mübarizəyə qələbə ilə başlayıblar

23 İyul 2019 13:47
0 Şərh     Baxış: 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü günündə Azərbaycan pəhləvanları mübarizəyə uğurla başlayıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvlərindən yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq) təsnifat mərhələsində yunanıstanlı Fotios Bukisi 7:0, Elmir Əliyev (51 kq) isə səkkizdəbir finalda norveçli Kristoffer Andreseni 8:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.

Sərbəst güləş yarışlarında isə səkkizdəbir finalda mübarizə aparan Cəbrayıl Hacıyev (65 kq) gürcüstanlı Davit Patsinaşvilini 13:3, Kənan Heybətov (51 kq) ukraynalı İvan Terzini 12:2 hesabla məğlubiyyətə uğradıblar.

Qadın güləşi üzrə səkkizdəbir finalda Nigar Mirzəzadə (65 kq) almaniyalı Mari Trautmanı (8:0) məğlub edib.

Digər təmsilçilərimiz Elnurə Məmmədova (53 kq) səkkizdəbir finalda macarıstanlı Flora Vizi, Birgül Soltanova (57 kq) isə rusiyalı Dariya Manuil qarşılaşacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.