İdman

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib

17 İyun 2019 16:10
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, komandamız iyunun 21-30-da keçiriləcək Minsk-2019-da 11 idmançı ilə təmsil olunacaq.

Kişilərin yarışında ölkəmizin idman şərəfini Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.

Qadın boksçuların mübarizəsində isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq.

II Avropa Oyunlarında boks yarışları "Uruçye" İdman Sarayında keçiriləcək. Döyüşlər iyunun 21-də start götürəcək. İyunun 27-də istirahət günü olacaq və növbəti 3 gündə mükafatçılar bilinəcək.

Qeyd edək ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığmamız iyunun 18-də saat 04:35-də Belarusa yola düşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.