İdman

Bakıda Avropa çempionatının 3-cü günündə 5 lentlə hərəkətlərdə komandaların çıxışları olacaq - FOTO

18 May 2019 17:45
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı çərçivəsində 5 lentlə hərəkətlərdə komandaların çıxışları olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün artıq gürz və lentlərlə hərəkətlərdə fərdi proqramda finalçılar müəyyənləşib.

Eləcə də komanda hesabı (qrup hərəkətləri proqramında çıxış edən böyük və gənclərin ümumi qiymətləndirilməsi) və qrup hərəkətləri proqramında çoxnövçülükdə qaliblərin adları açıqlanacaq.

Qeyd edək ki, 16-19 may tarixlərində keçirilən çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.