İdman

Çempionlar Liqasında yarımfinal həyəcanı - "Tottenhem" "Ayaks"a qarşı

30 Aprel 2019 09:22
0 Şərh     Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsi başlayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, final uğrunda mübarizəyə Londonda start veriləcək. Burada "Tottenhem" turnirin sürpriz komandası "Ayaks"ı qəbul edəcək.

Hollandiya təmsilçisinin qrup səddini aşdıqdan sonra "Real" və "Yuventus" kimi nəhəngləri, ingilislərin isə Dortmund "Borussiya"sı ilə "Mançester Siti"ni mübarizədən kənarlaşdırması hər iki komandanın finala iddialı olmasından xəbər verir.

Qeyd edək ki, mərhələnin digər ilk oyununda sabah "Barselona" "Liverpul"u qəbul edəcək.

 30 aprel

Çempionlar Liqası


Yarımfinalın ilk oyunu

23:00."Tottenhem" (İngiltərə) - "Ayaks" (Hollandiya)

1 may

23:00. "Barselona" (İspaniya) - "Liverpul" (İngiltərə)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.