İdman

Ramos bir paylaşımı ilə milyon yarım pul topladı - FOTO

26 Aprel 2019 14:45
0 Şərh     Baxış: 1 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın kapitanı Serxio Ramos YUNİSEF-in xeyriyyə kampaniyasında iştirak edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, özünün rəsmi İnstagram səhifəsində belə bir paylaşım edib:

"Vaksinlər hər il 2-3 milyon insanın həyatını xilas edir. Bu paylaşıma görə hər bir layk üçün Qeyts Fondu YUNİFES-ə 1 dollar yardım ayıracaq". 

Hazırkı vəziyyətdə paylaşım 1 milyon 500 mindən çox bəyənmə sayı qazanıb.

Beləliklə, Bill və Melinda Qeytsin Xeyriyyə Fondu  BMT-nin Uşaq Fonduna 1,5 milyon dollar yardım edəcək.

Xatırladaq ki, bu, Ramosun iştirakı ilə ilk xeyriyyə aksiyası deyil. O, 2014-cü ildən YUNİSEF-in xoşməramlı elçisi kimi bir sıra tədbirlərdə iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.