İdman

Ardayla Berkayın məhkəməsi ertələndi

30 Yanvar 2019 17:34
0 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün futbolçu Arda Turanla müğənni Berkay Şahinin məhkəmə prosesi baş tutub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, iclas zamanı qərar verilməyib, məhkəmə 19 iyun tarixinə ertələnib.

Məhkəmə zamanı Berkayın "aylıq gəlirim min lirədir" deyə, ifadə verməsi isə sosial mediada müzakirə yaradıb.

Məlumat üçün bildirək ki, futbolçu cinsi zorakılıq, qəsdən adamyaralama, qorxu yarada biləcək tərzdə silahdan istifadə etmə və qanunsuz silah gəzdirməsinə görə günahlandırılır.

Qeyd edək ki, ikili arasında baş verən davanın səbəbi Ardanın Berkayın həyat yoldaşına söz atması olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.