Həbs olunan Rusiya vətəndaşları vəkillə təmin olunub - RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizdə saxlanılan hər bir şəxs qanunvericiliyə uyğun olaraq yüksək keyfiyyətli hüquqi yardımla təmin olunur. Son günlər bəzi Rusiya KİV-lərində ölkəmizdə saxlanılmış Rusiya Federasiyası vətəndaşlarının guya vəkillə təmin olunmadığı barədə yayılan məlumatlar tamamilə əsassız və yalandır".
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov rəsmi açıqlama verib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin seçdikləri vəkillərlə müqavilə bağlamasına dair heç bir məhdudiyyət yoxdur:
"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olaraq tam məsuliyyətlə bəyan edirəm ki, saxlanılan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı Vəkillər Kollegiyasına hər hansı rəsmi müraciət və ya şikayət daxil olmayıb. Həmçinin bu şəxslərin özləri tərəfindən seçdikləri vəkillərlə müqavilə bağlamasına dair də heç bir məhdudiyyət yoxdur".
Anar Bağırov həmçinin vurğulayıb ki, Rusiya vəkilləri Şıxlinskilərin döyülməsi, qorxudulması və şiddətə məruz qalması, habelə Rusiyada həbs edilən azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həm Rusiya Federal Vəkillər Palatasına, həm də beynəlxalq təşkilatlara müvafiq müraciətlər olunub.
"Vəkillərə qarşı istənilən təzyiq və ya fiziki zorakılıq tamamilə yolverilməzdir və belə hallara yol verən şəxslər qanun qarşısında cavab verməlidirlər", - deyə o, əlavə edib.
Sonda Vəkillər Kollegiyasının sədri Rusiya mediasını obyektiv olmağa, Yekaterinburq şəhərində Azərbaycan və Rusiya bayraqları altında vəkil Şıxlinskilərə qarşı törədilmiş demonstrativ terror aktına diqqət ayırmağa və bu kimi hallara qarşı hüquqi mövqe sərgiləməyə çağırıb.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kim Çen In bakılı müğənni ilə bir arada - (Foto)
-
Şənbə günü 5 dərəcə şaxta olacaq - Proqnoz
-
Aliment ödənişləri 23 yaşa qədər uzadılır?
-
Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı - (Yenilənib/Video)
-
İbrahim Borçalının qızının nişanından görüntülər (Video)
-
Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər - Açılış vaxtı bəlli oldu
XƏBƏR LENTİ
-
Kim Çen In bakılı müğənni ilə bir arada - (Foto)
-
Şənbə günü 5 dərəcə şaxta olacaq - Proqnoz
-
Türkiyəli tanınmış aparıcılar saxlanıldı
-
Aliment ödənişləri 23 yaşa qədər uzadılır?
-
Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı - (Yenilənib/Video)
-
İbrahim Borçalının qızının nişanından görüntülər (Video)
-
ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq
-
Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər - Açılış vaxtı bəlli oldu
-
İngiltərə futbolunun tarixinə düşdülər
-
“Azərbaycan Hava Yolları” QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib - (Foto)
-
Mediada bu hallara son qoyulmalıdır - Mətbuat Şurasından bəyanat
-
Məleykə Abbaszadə BDU ilə bağlı ilk qərarını verdi
-
Milli Məclisdə iclas başlayıb - Gündəlikdə 10 məsələ var
-
Bakıda 66 min manat maaşlı iş təklif olunur
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - (Foto)
-
Lamine Yamalın Bakıya gəlməmə səbəbi bəlli oldu (Foto)
-
Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq edildi
-
Daşıdığınız malın sənədi yoxdursa, pulunuzdan olacaqsınız
-
Pensiyaçılara nə qədər əlavə pul veriləcək?
-
Ülvi Həsəninin başına iş gəldi: "Belimdə, boynumda pis ağrılar var" (Video)
-
Doğuş zamanı körpə öldü, həkim sənədləri saxtalaşdırdı - Ali Məhkəmədən qərar
-
Sneyder Ramosun formasını fantastik qiymətə satdı (Foto)





