İdman

İtaliya Superkubokunun finalında bir qol vuruldu

16 Yanvar 2019 23:58
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İtaliya Superkubokunun sahibi məlum olub.

Milli.Az report-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "Kinq Abdulla Sports Siti" stadionunda "Yuventus" və "Milan" arasında keçirilən görüş Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolu 61-ci dəqiqədə "Yuventus"un portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldu vurub.

Ötən il "Yuventus" ardıcıl 7, ümumilikdə isə 34-cü dəfə İtaliya çempionu olub. "Milan" isə ölkə Kubokunun finalına qədər gələrək, burada həmin Turin təmsilçisinə məğlub olub.

İtaliya Superkuboku. Final

"Yuventus" - "Milan" - 1:0

Qol: 1:0 - Ronaldu - 61

Qırmızı vərəqə: Kessye, 73 ("Milan")

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.