Azərbaycan kubokunda 2018-19 mövsümünün final matçı iki stadiondan birində keçiriləcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Onun sözlərinə görə, həlledici oyunun Gəncə şəhər stadionunda keçirilmə ehtimalı böyükdür: "Gəncə stadionu hazır olsa, məmnuniyyətlə kubokun finalını orda keçirəcəyik. Əks təqdirdə, oyun Tofiq Bəhramov adına Respublika Stadionuna salınacaq".
Qeyd edək ki, final matçı gələn il, mayın 19-da keçiriləcək.
Milli.Az