İdman

Moskva "Lokomotiv"i Çempionlar Liqasının anti-rekordunu təkrarlayıb

7 Noyabr 2018 07:50
0 Şərh     Baxış: 1 244

Moskvanın "Lokomotiv" klubu futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur matçında "Portu"ya məğlub olub.

Milli.Az "report"-a istinadən bildirir ki, Portu şəhərinin "Draqau" stadionunda keçirilən görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Moskva klubu bu mövsüm ÇL-də keçirdiyi 4 oyunun hamısında məğlub olub və qrup mərhələsinin sonuna iki tur qalmış 1/8 finalına çıxmaq şanslarını itirib. "Lokomotiv" bununla da, birinci səbətin dördüncü turdan sonra qrupdan çıxmaq şanslarını itirmiş ikinci komandası olub. Bu uğursuzluqla üzləşmiş ilk klub 1995/96-cı illər mövsümündə çıxış edən İngiltərə "Blekbern"i olub.

Hazırda "Lokomotiv" "D" qrupunda sonuncu pillədə qərarlaşıb. Lakin buna baxmayaraq üçüncü yerə yüksələrək Avropa Liqasının "play-off" mərhələsinə düşmək şanslarını saxlayır.

Qrupun lideri 10 xal ilə "Portu"dur. İkinci yerdə "Şalke" (8), üçüncü pillədə isə "Qalatasaray" (4) qərarlaşıb.

Ötən gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.