İdman

Serxio Ramos Almeydanı qabaqladı

17 Oktyabr 2018 20:26
0 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Millətlər Liqasının IV turunun yekunları əsasında yekun statistik göstəriciləri açıqlayıb.

Milli.Az report.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda dəqiq ötürmə verən futbolçuların siyahısında ikinci pillədə qərarlaşıb. 

30 yaşlı yarımmüdafiəçi 298 ötürmə ilə yalnız İspaniya yığmasının oyunçusu Serxio Ramosdan geri qalır. İspaniyalı müdafiəçinn aktivində 306 dəqiq ötürmə var. İlk "3-lüy"ü isə 283 ötürmə ilə moldovalı Aleksandr Yepuryanu qapayır. Azərbaycan yığmasının digər üzvü Qara Qarayev bu göstəricidə 276 ötürmə ilə dördüncü yerdədir.  

Bombardirlər siyahısına yenə belçikalı Romelu Lukaku ilə serbiyalı Aleksandar Mitroviç başçılıq edir. Onlar hərəyə 4 qol vurublar.

San-Marinonun qapıçısı Elia Benedettini "seyv" sayında zirvədədir. O, 4 tur ərzində 13 top buraxdığı halda, 30 dəfə komandasını qoldan xilas edib.

Ən çox qol ötürməsi verənlərin siyahısında ispaniyalı Marko Asensio liderdir. O, komanda yoldaşlarının qol vurmasına 5 dəfə bilavasitə yardımçı olub.

Millətlər Liqasında hələlik ən çox qol vuran yığmalar isə Lüksemburq və İspaniyadır. Hər iki komanda 10 dəfə rəqib qapılarına yol tapa biliblər.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.