İdman

Samboçularımızdan uğurlu nəticə

14 Oktyabr 2018 23:59
0 Şərh     Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 12-də Tbilisidə yeniyetmə və gənclər arasında sambo güləşi üzrə start götürən dünya birinciliyinə bu gün yekun vurulub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, yarışların son günü gənclər arasında Eyvaz Baxşıyev (57 kq) qızıl medal qazanaraq dünya birinciliyinin qalibi olub. Yeniyetmələrin mübarizəsində isə Hüseyn Hüseynov (56 kq) üçüncü yerə çıxıb.

Qeyd edək ki, yarışların ilk iki günündə gənclər arasında Fuad Məmmədov (62 kq) gümüş, yeniyetmələrdə Vilayət Bayramov (60 kq), Emin Haqverdiyev (65 kq) və Toğrul Salmanov (87 kq-dan yuxarı) bürünc medal qazanıblar.

Samboçularımız milli komandanın baş məşqçisi Bəxtiyar Hacıyevin, yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Yaqub Abdullayevin rəhbərliyi ilə çıxış ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.