İdman

"Barselona" Messi ilə yeni müqavilə imzalayır

13 Oktyabr 2018 13:19
0 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Milli.Az qol.az-a istinadən bildirir ki, Kataloniya klubu argentinalı hücumçu ilə müqavilənin müddətini 2022 və ya 2023-cü ilin iyununa qədər uzatmağı planlaşdırır. "Barsa"nın  yeni maliyyə strategiyasını hazırladıqdan sonra 31 yaşlı oyunçuya cəlbedici təklif göndərəcəyi gözlənilir. Danışıqların bir neçə ay sonra başlanacağı bildirilir.

Qeyd edək ki, L.Messinin "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.