Millətlər Liqasının qrup mərhələsinin III turunda səfərdə Kosovoya məğlub olan (1:3) Malta millisinin baş məşqçisi Rey Farruciya oyundan sonra mətbuar konfrasnı keçirib.
Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, o, qarşıdakı Azərbaycan oyunu ilə bağlı da danışıb.
"Əsasa oyunçumuz və kapitanımız Maykl Mifsud qırmızı vərəqə aldığı üçün Bakıda keçirəcəyimiz görüşdə olmayacaq. Bu da bizim üçün əlavə problemdi. Bizi Azərbaycana qarşı çətin oyun gözləyir. Futbolçularımız qısa müddətdə bərpa prosesi keçib, həmin görüşə tam hazır olmalıdılar".
Azərbaycan - Malta oyunu oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səslənəcək.
Milli.Az