18.IX.2011
20:25
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun son oyun günündə də 3 qarşılaşma baş tutub.
Bu qarşılaşmalardan ikisi paytaxtda, biri isə əyalətdə baş tutub. "Turan" ötən tur ilk qollarını vuran "Bakı"nı qəbul edib və 2 cavabsız qolla uduzub. Çempionatın autsayderləri - "Rəvan" və "Sumqayıt Şəhər" "Dalğa Arena"da üz-üzə gəliblər və qolsuz heç-heçəyə razılaşıblar. Hesabat turuna "Neftçi" - "Qəbələ" qarşılaşması ilə yekun vurulub. Bakılılar 2 cavabsız qolla 3 xala sahib çıxıblar.
Premyer Liqa
6-cı tur
18 sentyabr (bazar)
NEFTÇİ - QƏBƏLƏ - 2:0 (0:0)
Qol: R.Abdullayev, 64 (1:0), A.Abdullayev, 85 (2:0).
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oyun başladı
5. "Qəbələ" ilk dəqiqələrdən oyunda üstünlüyü ələ alıb
8. "Neftçi"nin hücumu zamanı Doroşev qonaqları qoldan xilas edir
13. Meydan sahibləri təhlükəli nöqtədən cərimə zərbəsi vuracaqlar. Bahodir Nasimova qarşı kobud oynadıqlarından o meydanı tərk etməli olur
14. Ruslan Abışovun yerinə yetirdiyi cərimə zərbəsi zamanı top qapının yanından keçir
21. Rəşad Abdullayevin zərbəsini Doroşev çətinliklə də olsa, dəf edə bilir
22. Doroşev Nasimovla üz-üzə qalsa da, qapıçı rəqib hücumçunun qola sevinməsinə imkan vermir
23. Dodo həmyerlisi Flavinyonu cərimə meydançası yaxınlığında əllə saxlayır
24. Təyin olunan cərimə zərbəsi zamanı az qala qonaqlar avtoqola imza atacaqdılar
24. "Neftçi"nin künc zərbəsi bəhrəsiz qalır
30. Tərəflərin cəhdləri hələ ki, qol üçün yetərli deyil
30. "Qəbələ"nin çox təhlükəli hücumu zamanı meydan sahiblərinin bəxti gətirir
39. Rəşadın çox təhlükəli zərbəsi qapıdan azca aralı keçir
44. Nasimovun zərbəsini Doroşev tutur
İlki yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Dodo əlverişli mövqedən dəqiq zərbə endirə bilmir. Çox gözəl şansı qaçırdı
49. Flavinyonun uzaqdan zərbəsini Doroşev kornerə çıxarır
53. "Neftçi" təzyiqi artırıb, amma qol vurmaq cəhdləri hələ ki, bəhrəsizdi
55. Flavinyoya qarşı cərimə meydançası yaxınlığında kobudluğa görə cərimə zərbəsi təyin olunur
56. Abdullayevin yerinə yetirdiyi cərimə zərbəsi qol gətirmir
60. Qonaqların vurduğu künc zərbəsi zamanı Saşa Yunisoğlu az qala hesabı açacaqdı. Azacıq dəqiqlik çatışmadı
63. Flavinyoya qarşı təhlükəli nöqtədə daha bir qayda pozuntusu. Kamara buna görə sarı vərəqə alır
63. Georgiyevski yerini Cavid İmamverdiyevə verir
64. Rəşad Abdullayev cərimə zərbəsindən möhtəşəm qola imza atdı - 1:0
75. "Qəbələ"nin cavab qolunu vurmaq istəyi hələ ki, bəhrəsizdi
78. Arif İsayevi Murad Hüseynov əvəzləyir
79. Dodo cərimə meydançasına girmək istərkən Mirhüseyn Seyidov onu yıxır və sarı vərəqə alır
79. Cərimə zərbəsindən heç nə çıxmır
84. "Qəbələ"ni ikinci qoldan qapı dirəyi xilas edir
85. Rəşad Abdullayev yenicə meydana çıxan Araza ideal ötürmə verir, o da öz növbəsində dəqiq zərbə ilə ikinci qolu vurur - 2:0
87. Nasimov da sarı vərəqə alır
90. Rail Məlikov da sarı vərəqə alır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
Turnir cədvəli:
1 "Xəzər Lənkəran" 6 5 1 0 11-3 16
2 "Bakı" 6 3 2 1 8-5 11
3 "Qəbələ" 6 3 2 1 6-5 11
4 "İnter" 6 3 1 2 5-5 10
5 "Neftçi" 5 3 0 2 8-4 9
6 "Kəpəz" 6 3 0 3 13-12 9
7 AZAL 6 2 2 2 9-9 8
8 "Qarabağ" 5 2 1 2 3-3 7
9 "Turan" 6 2 0 4 6-9 6
10 "Simurq" 6 1 2 3 5-8 5
11 "Rəvan" 6 0 3 3 6-9 3
12 "Sumqayıt Şəhər" 6 0 2 4 2-10 2
----------
19:01
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına yekun vurulur. Azerisport.az xəbər verir ki, "Turan" ötən tur ilk qollarını vuran "Bakı"nı qəbul etdi. Çempionatın autsayderləri - "Rəvan" və "Sumqayıt Şəhər" "Dalğa Arena"da üz-üzə gəldilər. Hesabat turuna "Neftçi" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.
Premyer Liqa
6-cı tur
18 sentyabr (bazar)
RƏVAN - SUMQAYIT ŞƏHƏR - 0:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
Bakı. "Dalğa Arena" stadionu.
Oyun başadı
Matç meydan sahiblərinin hücumlarıyla başlayıb
Qarşılaşmanın ilk dəqiqələri çox sakit və daha çox mərkəzdə keçir
"Rəvan"ın qapıçısı qonaqların hücumu zamanı komandasını qoldan xilas edir
SŞ daha çox hücum təşkil edir
"Rəvan"ın üstünlüyü ələ almaq cəhdləri hələ ki, uğurlu alınmır
Oyunda ciddi qol epizodu yaradan yoxdu
SŞ əsas diqqəti müdafiəyə ayırmaqla əks-hücumlara üstünlük verir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
SŞ ikinci hissəyə fəal başlayıb
"Rəvan" rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratsa da, qolla nəticələnmir
Çox sönük oyun gedir və demək olar ki, qol vəziyyəti yaradılmır
Qonaqların qapısına penalti təyin olunur
Kristian Torres penaltidən yararlana bilmir
Matç başa çatdı
Qeyd edək ki, turun ilk oyun günündə bu görüşlər keçirilmişdi: Qarabağ - Xəzər Lənkəran - 0:1, Simurq - Kəpəz - 4:2, AZAL - İnter - 1:1.
Turnir cədvəli:
1 "Xəzər Lənkəran" 6 5 1 0 11-3 16
2 "Qəbələ" 5 3 2 0 6-3 11
3 "Bakı" 6 3 2 1 8-5 11
4 "İnter" 6 3 1 2 5-5 10
5 "Kəpəz" 6 3 0 3 13-12 9
6 AZAL 6 2 2 2 9-9 8
7 "Qarabağ" 5 2 1 2 3-3 7
8 "Neftçi" 4 2 0 2 6-4 6
9 "Turan" 6 2 0 4 6-9 6
10 "Simurq" 6 1 2 3 5-8 5
11 "Rəvan" 6 0 3 3 6-9 3
12 "Sumqayıt Şəhər" 6 0 2 4 2-10 2
Bombardirlər:
4 - Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).
----------
18:01
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına yekun vurulur. Azerisport.az xəbər verir ki, hesabat turunun son oyun günündə də 3 qarşılaşma baş tutacaq.
Bu qarşılaşmalardan ikisi paytaxtda, biri isə əyalətdə baş tutacaq. "Turan" ötən tur ilk qollarını vuran "Bakı"nı qəbul etdi. Çempionatın autsayderləri - "Rəvan" və "Sumqayıt Şəhər" "Dalğa Arena"da üz-üzə gələcəklər. Hesabat turuna "Neftçi" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.
Premyer Liqa
6-cı tur
18 sentyabr (bazar)
TURAN - BAKI - 0:2 (0:1)
Qol: Uinston Parks, 43 (0:1), Rəhman Hacıyev, 90+3 (0:2).
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Hacıəli Ağayev.
Tovuz. Şəhər stadionu.
Oyun başladı
Matçdakı ilk təhlükəli vəziyyəti meydan sahibləri yaratsalar da, qonaq müdafiəçilər sayıq oynayırlar
Sergey Artyux rəqib qapıçı ilə üz-üzə qalsa da, çempionatımızın bombardiri bu şansdan yararlana bilmir
"Bakı"nın qapısı qarşısında yaradılan 3 ardıcıl kornerdən heç nə alınmır
Şarliya komandasını qoldan xilas edir
"Turan"ın qapısına penalti təyin olunur
İnanmayacaqsız, amma reallıqdı. "Bakı" bu penaltidən də qol vura bilmir. Bu dəfəki antiqəhrəman Juninyodu
Cəmşid Məhərrəmov sarı vərəqə ilə cəzalanır
Verpakovski "Turan"ın qapıçısı ilə üz-üzə qalsa da, məğlub ayrılır
Nadir Nəbiyev Samir Əliyevin ideal ötürməsini qola çevirə bilmir
Aleksandr Soliçin cərimə zərbəsi qapının üstündən keçir
Uinston Parks hissənin sonlarında komandasını hesabda önə keçirir - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Turan" ikinci hissəyə hücumlarla başlayıb və hesabı bərabərləşdirməyə çalışır
Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı qonaqların bəxti gətirir
"Turan" rəqibini tamamilə qapısına sıxışdırsa da, qol vurmağı bacarmır
Anar Nəzirov tovuzluları qoldan xilas edir
"Turan"ın daha bir təhlükəli hücumu zamanı qonaqların bəxti gətirir
Beriaşvili rəqibin cərimə meydançasında yerdə qalır. Hakim isə onu simulyasiyada günahlandırıb sarı vərəqə alır
"Bakı"da Parksı Çesnauski əvəzləyir
"Turan"ın qola sevinməsinə qapı çatı mane olur
Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Soliçin əvəzində meydana Vadim Boret çıxır
Rəhman Hacıyev matçın yekun nəticəsini müəyyənləşdirir - 0:2
Matç başa çatdı.
18:30. NEFTÇİ - QƏBƏLƏ
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, turun ilk oyun günündə bu görüşlər keçirilmişdi: Qarabağ - Xəzər Lənkəran - 0:1, Simurq - Kəpəz - 4:2, AZAL - İnter - 1:1.
Turnir cədvəli:
1 "Xəzər Lənkəran" 6 5 1 0 11-3 16
2 "Qəbələ" 5 3 2 0 6-3 11
3 "Bakı" 6 3 2 1 8-5 11
4 "İnter" 6 3 1 2 5-5 10
5 "Kəpəz" 6 3 0 3 13-12 9
6 AZAL 6 2 2 2 9-9 8
7 "Qarabağ" 5 2 1 2 3-3 7
8 "Neftçi" 4 2 0 2 6-4 6
9 "Turan" 6 2 0 4 6-9 6
10 "Simurq" 6 1 2 3 5-8 5
11 "Rəvan" 5 0 2 3 6-9 2
12 "Sumqayıt Şəhər" 5 0 1 4 2-10 1
Bombardirlər:
4 - Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).
------------------
17.IX.2011
20:55
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq hesabat turunun 3 qarşılaşması şənbə günü keçirilib.
Turun ilk və mərkəzi oyununda "Qarabağ" "Xəzər Lənkəranı" qəbul edib. Qarşılaşma cənubluların minimal hesablı qələbəsi ilə bitib. Zaqatalada yerli "Simurq" son turlarda baxımlı oyun nümayiş etdirən "Kəpəz"i qəbul edib. Bol qollu qarşılaşma meydan sahiblərinin möhtəşəm qələbəsi ilə bitib. Turun ilk oyun gününə AZAL - "İnter" paytaxt derbisi ilə yekun vurulub. "İnter" son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas olub.
Premyer Liqa
6-cı tur
17 sentyabr (şənbə)
AZAL - İnter - 1:1 (0:0)
Qollar: George Boqyu, 49 (1:0), Vladimir Levin, 86 (1:1).
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Samir Hacıyev, Vüsal Əliyev.
Bakı. "AZAL" stadionu.
Oyun başladı
AZAL oyuna daha fəal başlayıb
Nuqzar Kvirtiyanın zərbəsində azacıq dəqiqlik çatışmır
"İnter"in təhlükəli hücumu korner, bu künc zərbəsi isə uğursuz başa çatır
Usim Ndukanın zərbəsi dəqiq alınmır
Benuahinin zərbəsini qapıçı zərərsizləşdirir
Meydan sahibləri ərazi üstünlüyünə malikdi
Ervin Bulkunun zərbəsində azacıq dəqiqlik çatışmır
Valeri Abramidze də uğursuz zərbə ilə yadda qalır
Vladimir Levin sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
George Boqyu nəhayət meydan sahiblərinin ərazi üstünyünü qola çevirir - 1:0
AZAL tam olaraq üstünlüyə malikdi və oyuna nəzarəti əlində saxlayır
"İnter" qol vurmağa çalışsa da, çox dişsiz görünür
AZAL-da Daunoraviçyus zədələnir
"İnter"də Asif Məmmədovu Samir Zərgərov əvəzləyir
Qonaqlar hücumu gücləndirməyə çalışırlar. Nizami Hacıyev də meydana çıxır
AZAL isə "bankirlər"in təhlükəli vəziyyət yaratmasına qətiyyən imkan vermir
Vladimir Levin nəhayət ki, komandasını məğlubiyyətdən xilas etməyi bacarır - 1:1
Viktor İbekoyi matçı zədəli davam etdirmək məcburiyyətində qalır
Matç başa çatdı
Turnir cədvəli:
1 "Xəzər Lənkəran" 6 5 1 0 11-3 16
2 "Qəbələ" 5 3 2 0 6-3 11
3 "İnter" 6 3 1 2 5-5 10
4 "Kəpəz" 6 3 0 3 13-12 9
5 "Bakı" 5 2 2 1 6-5 8
6 AZAL 6 2 2 2 9-9 8
7 "Qarabağ" 5 2 1 2 3-3 7
8 "Neftçi" 4 2 0 2 6-4 6
9 "Turan" 5 2 0 3 6-7 6
10 "Simurq" 6 1 2 3 5-8 5
11 "Rəvan" 5 0 2 3 6-9 2
12 "Sumqayıt Şəhər" 5 0 1 4 2-10 1
----------
19:56
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq hesabat turunun 3 qarşılaşması şənbə günü keçirilir.
Turun ilk və mərkəzi oyununda "Qarabağ" "Xəzər Lənkəranı" qəbul etdi və 0:1 hesabı ilə uduzdu. Zaqatalada yerli "Simurq" son turlarda baxımlı oyun nümayiş etdirən "Kəpəz"i qəbul etdi və 4:2 hesabı ilə qələbə qazandı.
Turun ilk oyun gününə AZAL - "İnter" paytaxt derbisi ilə yekun vurulacaq.
Premyer Liqa
6-cı tur
17 sentyabr (şənbə)
SİMURQ - KƏPƏZ - 4:2 (2:1)
Qollar: Robertas Poşkus, 6 (1:0), Yuri Fomenko, 20 (1:1), Yevgeni Şmakov, 33 (2:1), Yevgeni Şmakov, 70 (3:1), Armand Feutchine, 78 (3:2), Tofiq Mikayılov, 80 (4:2).
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Namiq Hüseynov, İnqilab Məmmədov.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
Qarşılaşma meydan sahiblərinin hücumları ilə başlayır
Robertas Poşkus dəqiq zərbə ilə meydan sahiblərini hesabda önə keçirir - 1:0
Gəncəlilərin bərabərlik qolunu vurmaq istəyi baş tutmur
Künc zərbəsi zamanı meydan sahibləri az qala ikinci qolu vuracaqdı. Mikayılovun zərbəsində azacıq dəqiqlik çatışmır
Üstünlük tamamilə meydan sahiblərinin əlindədi
Buna baxmayaraq, Yuri Fomenko qonaqları məğlubiyyətdən xilas edən qola imza ata bilir - 1:1
Fomenko daha bir qol vurmağa yaxın olsa da, müdafiəçilər ona imkan vermirlər
Yevgeni Şmakov meydan sahiblərini yenidən qola sevindirsə də, hakim onların sevincini gözlərində qoyur və bu qolu saymır
"Simurq" bu gün çox fəaldı
Yevgeni Şmakov istənilən halda öz arzusuna çatır - 2:1
Razvan Tarlea sarı vərəqə alır
44-cü dəqiqədə Razvan Tarlea 2-ci sarı/qırmızı vərəqə ilə meydandan qovulur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Mikayılovun zərbəsi dəqiq alınmır
Tofiqin uzaqdan daha bir zərbəsi qeyri-dəqiqdi
"Simurq" yenə üstün tərəfdi və hücumlarını davam etdirir
Azarkeşlər hakimdən narazıdılar
Adnan Hodziç qonaqların hücumunun qarşısını alır
Ceyhun Sultanovla İlkin Qırtımov az qala dalaşacaqdı
Ceyhun Sultanov sarı vərəqə alır
68-ci dəqqədə İlkin Qırtımov da qırmızı vərəqə alır və artıq hər iki komanda meydanda 10 nəfərlə mübarizə aparır
Yevgeni Şmakov özünün ikinci, komandasının üçüncü qolunu vurur - 3:1
74-cü dəqiqədə Ceyhun Sultanov da 2-ci sarı/qırmızı vərəqə ilə meydandan qovulur
Armand Feutchine hesab arasındakı fərqi azaldır - 3:2
Amma Tofiq Mikayılov onların sevincini gözündə qoyur - 4:2
Armandın zərbəsi tirdən qayıdır
Rəhimovun da uzaqdan zərbəsi dirəkdən dönür
Matç başa çatdı
Turnir cədvəli:
1 "Xəzər Lənkəran" 6 5 1 0 11-3 16
2 "Qəbələ" 5 3 2 0 6-3 11
3 "Kəpəz" 6 3 0 3 13-12 9
4 "İnter" 5 3 0 2 4-4 9
5 "Bakı" 5 2 2 1 6-5 8
6 AZAL 5 2 1 2 8-8 7
7 "Qarabağ" 5 2 1 2 3-3 7
8 "Neftçi" 4 2 0 2 6-4 6
9 "Turan" 5 2 0 3 6-7 6
10 "Simurq" 6 1 2 3 5-8 5
11 "Rəvan" 5 0 2 3 6-9 2
12 "Sumqayıt Şəhər" 5 0 1 4 2-10 1
----------
17:56
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq hesabat turunun 3 qarşılaşması şənbə günü keçirilir.
Turun ilk və mərkəzi oyununda "Qarabağ" "Xəzər Lənkəranı" qəbul etdi. Zaqatalada yerli "Simurq" son turlarda baxımlı oyun nümayiş etdirən "Kəpəz"i qəbul edəcək. Turun ilk oyun gününə AZAL - "İnter" paytaxt derbisi ilə yekun vurulacaq.
Premyer Liqa
6-cı tur
17 sentyabr (şənbə)
QARABAĞ - XƏZƏR LƏNKƏRAN - 0:1 (0:1)
Qol: A.Pit, 41, (0:1)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Rahil Ramazanov, Rəhim Həsənov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
Oyun başladı
4. Rauf Əliyev qonaqları əks-hücumda yaxalasa da, qapıya dəqiq zərbə endirə bilmir
7. Tərəflər ilk dəqiqələrdən daha çox mövqe mübarizəsinə girişiblər
16. Adamiya oyundakı ilk ən real qol vəziyyətindən yararlana bilmir
20. Adamiya daha bir qol epizodunu boşa verir. Sol cinahla cərimə meydançasına daxil olsa da, zərbəsi qeyri-dəqiqdi
25. "Qarabağ"ın daha bir təhlükəli hücumu zamanı qonaq müdafiəçilər topu kornerə çıxarmalı olurlar
28. Raufun təhlükəli zərbəsini Kamran Ağayev tutur
30. İlk yarım saatı "Qarabağ"ın aktivinə yazmaq olar. Hər halda meydan sahibləri rəqibə nisbətən daha fəaldılar
31. Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı Rəşad Sadiqov Kamranla üz-üzə qalsa da, qapıya dəqiq zərbə endirə bilmir
37. XL ilk real qol vəziyyətindən yararlana bilmir. Adrian Pitin ideal ötürməsini Deyan Rusiç boşa verir
40. XL artıq üstünlüyü ələ keçirib və daha böyük qüvvəylə hücuma keçir
41. Hücumların kəsərinin artması öz nəticəsini çox gözlətmir. Pit cərimə meydançası həndəvərindən dəqiqə zərbə ilə meydan sahiblərini məyus edir - 0:1
42. Elnur Allahverdiyev Raufa qarşı çox kobud oynayır və o zədələnir. Bu üzdən iki komandanın üzvləri arasında gərginlik yaşanmaqdadı
43. Fariz Yusifov Elnuru sarı vərəqə ilə cəzalandırır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Qara Qarayevin əvəzində meydana Leonardo Roşa çıxıb
"Qaabağ" ikinci hissəyə də fəal başlayıb
53. Pitə qarşı təhlükəli nöqtədə qayda pozulur
54. Cənubluların cərimə zərbəsi uğurlu alınmır
61. Rikardo Qomeşin zərbəsini Boyan Pavloviç tutur
62. Əfran qapı qarşısına diaqonal ötürmə zamanı dəqiq baş zərbəsiylə toru silkələsə də,hakim ofsayd qeydə alaraq qolu qeydə almır
63. Elnur Allahverdiyev Rəşad Sadiqova qarşı kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydanı erkən tərk etməli olur
65. Roşanın yerinə yetirdiyi cərimə zərbəsini Kamran tutur
70. Ağdamlılar təzyiqi artırsalar da, hələlik qol vurmaqda çətinlik çəkirlər
71. Əfranın ideal ötürməsindən sonra Raufun zərbəsi zamanı top dirəkdən qayıdır
72. XL-da Deyan Rusiçin əvəzində meydana Şəhriyar Xəlilov çıxır
75. Qurban Qurbanov artıq vabanka gedir. O, Maksim Medvedevi meydandan çıxararaq, uzun müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan Vüqar Nadirovu döyüşə atır
77. XL-da Katalin Doman yerini Alim Qurbanova verir
80. Roşaya qarşı təhlükəli nöqtədə qayda pozuntusu və cərimə zərbəsi
81. Zərərçəkənin öz zərbəsi canlı səddən dönür
84. Georgi Adamiyanın əvəzində meydana İlqar Qurbanov çıxır
85. Vüqar Şəhriyara qarşı kobud oyuna görə sarı vərəqə alır
90. "Qarabağ"ın təzyiqləri demək olar ki, tam bəhrəsizdi
90. Matçın əsas vaxtına 4 dəqiqəq əlavə olunur
90+2. Roşanın təhlükəli zərbəsi Kamranda qalır
Matç başa çatdı
18:00. SİMURQ - KƏPƏZ
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Namiq Hüseynov, İnqilab Məmmədov.
Zaqatala. Şəhər stadionu.
19:00. AZAL - "İnter"
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Samir Hacıyev, Vüsal Əliyev.
Bakı. "AZAL" stadionu.
Turun qalan görüşləri sabah keçiriləcək: "Turan" - "Bakı", "Rəvan" - "Sumqayıt Şəhər", "Neftçi" - "Qəbələ".
Turnir cədvəli:
1 "Xəzər Lənkəran" 6 5 1 0 11-3 16
2 "Qəbələ" 5 3 2 0 6-3 11
3 "Kəpəz" 5 3 0 2 11-8 9
4 "İnter" 5 3 0 2 4-4 9
5 "Bakı" 5 2 2 1 6-5 8
6 AZAL 5 2 1 2 8-8 7
7 "Qarabağ" 5 2 1 2 3-3 7
8 "Neftçi" 4 2 0 2 6-4 6
9 "Turan" 5 2 0 3 6-7 6
10 "Rəvan" 5 0 2 3 6-9 2
11 "Simurq" 5 0 2 3 1-6 2
12 "Sumqayıt Şəhər" 5 0 1 4 2-10 1
Bombardirlər:
4 - Sergey Artyux (Turan).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).
----------
09:41
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına
start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun 3
qarşılaşması ənənəvi olaraq şənbə, qalanı isə bazar günü keçiriləcək.
Turun ilk və mərkəzi oyununda "Qarabağ" "Xəzər Lənkəranı" qəbul edəcək.
Quzanlı qəsəbə stadionu təmirə bağlandığından Tofiq İsmayılov adına
Suraxanı qəsəbə stadionunda baş tutacaq oyun bu komandalar arasında
21-ci qarşılaşma olacaq. Bundan əvvəl keçirilmiş 20 qarşılaşmadan ikisi
kubok oyunlarına, 18-i isə çempionat oyunlarına təsadüf edib. Ümumilikdə
9 dəfə "Qarabağ", 8 dəfə isə "Xəzər Lənkəran" meydandan qalib ayrılıb. 3
qarşılaşma heç-heçə başa çatıb. "Xəzər Lənkəran" 23, "Qarabağ" isə 21
dəfə rəqib qapılarına yol tapıb.
5-ci turda "Neftçi"ni məğlub edərək zirvədə öz yerini möhkəmlədən "Xəzər
Lənkəran" bu qarşılaşmadan qalib ayrılacağı təqdirdə daha bir çətin
sınaqdan üzüağ çıxmış olacaq. "Qarabağ"da isə vəziyyət bir qədər
fərqlidir. 4-cü turda "Qəbələ", 5-ci turda isə "Sumqayıt Şəhər" ilə
oyunlarda vacib xallar itirən Ağdam təmsilçisi "Xəzər Lənkəran"a məğlub
olarsa, çempionluq yolunda vacib xallar itirmiş olacaq. Bu baxımdan,
şənbə günü keçiriləcək oyun ağdamlılar üçün daha böyük önəm kəsb edir.
Qeyd edək ki, ötən tur "Sumqayıt Şəhər" ilə oyunda zədələnən "Qarabağ"ın
yarımmüdafiəçisi İlqar Qurbanovun "Xəzər Lənkəran"la oyunda meydana
çıxması sual altındadır.
6-cı turun ilk oyun günündə daha bir qarşılaşma Zaqatalada keçiriləcək.
Burada yerli "Simurq" son turlarda baxımlı oyun nümayiş etdirən "Kəpəz"i
qəbul edəcək. Öncəki iki turda qələbə qazanan Gəncə təmsilçisi hazırda
turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Gəncəlilər 11 qolla
Premyer Liqanın ən çox qol vuran komandasıdı. Son iki qarşılaşmada
"Bakı" və AZAL kimi güclü rəqiblərin qapısından altı top keçirən
"Kəpəz"i autsayder "Simurq"la oyunda favorit hesab etmək olar. Lakin,
qeyd etmək lazımdı ki, bu komandalar arasında keçirilmiş 6 çempionat
oyununun heç birində Gəncə təmsilçisi rəqibini üstələyə bilməyib.
Turun ilk oyun gününə AZAL - "İnter" paytaxt derbisi ilə yekun
vurulacaq. Bir neçə gün öncə səfərdə 4-cü turun təxirə salınmış oyununda
"Sumqayıt Şəhər"i məğlub edən "İnter" hazırda turnir cədvəlinin
dördüncü pilləsində qərarlaşıb. Sabit oyun nümayiş etdirməyən Elxan
Abdullayevin komandası isə yeddi xalla turnir cədvəlinin 7-ci pilləsində
qərarlaşıb. "Təyyarəçilər"in "İnter"lə oyundan sonra 7-ci turda
"Qarabağ"ı qəbul edəcəyini nəzərə alsaq, liderlər qrupundan uzaqlaşmamaq
üçün AZAL-ın bu çətin ev oyunlarından minimal xal itkisi ilə çıxması
lazımdır.
6-cı turun ikinci oyun günündə - sentyabrın 18-də daha üç qarşılaşma
keçiriləcək. Bu qarşılaşmalardan ikisi paytaxtda, biri isə əyalətdə baş
tutacaq. "Turan" ötən tur ilk qollarını vuran "Bakı"nı qəbul edəcək. Son
ev qələbəsindən sonra "Bakı" turnir cədvəlində 4-cü pilləyə yüksəldi.
Doğma azarkeşləri önündə əzmkar oyun nümayiş etdirən "Turan" cari
mövsümdə Tovuzda keçirdiyi bütün oyunlardan qalib ayrılıb. Ötən tur
səfərdə "Qəbələ" ilə qarşılaşmada ilk qolu Tovuz təmsilçisi vursa da,
hesabdakı üstünlüyünü sona qədər qoruya bilməyərək məğlub olmuşdu.
Tovuzda oynadığı son 5 oyunda "Turan"a məğlub olmayan paytaxt təmsilçisi
öz mövqeyini möhkəmləndirmək üçün uğurlu nəticə qazanmalıdır.
Premyer Liqanın 6-cı turu autsayderlərin - "Rəvan" və "Sumqayıt Şəhər"
klublarının "Dalğa Arena"da qarşılaşması ilə səciyyələnəcək. Qeyd edək
ki, bu iki komandadan heç biri qalib gələcəyi təqdirdə autsayderlər
qrupundan çıxa bilməyəcək. Çünki, 9-cu pillənin sahibi "Turan"
"Rəvan"dan dörd, "Sumqayıt Şəhər"dən isə beş xal irəlidədi. Ötən tur
qırmızı vərəqə alaraq cəzalı vəziyyətə düşən "Rəvan"ın yarımmüdafiəçisi
Tagim Novruzov "Sumqayıt Şəhər"lə oyunda meydana çıxa bilməyəcək.
Hesabat turuna "Neftçi" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.
Ötən tur səfərdə əzəli rəqibi "Xəzər Lənkəran"a məğlub olaraq liderlər
qrupundan xeyli aralı düşən "Neftçi" altı xalla turnir cədvəlinin 8-ci
pilləsində qərarlaşıb. Son çempion cari mövsümdə uğurlu çıxış edən və
məğlubiyyətsiz irəliləyən "Qəbələ" ilə oyunda qalib qələrək
azarkeşlərinə ötən turlardakı məğlubiyyətləri unutdurmağa çalışacaq.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qəbələ" cari mövsüm
inamlı təsir bağışlayır. Avrokubokları hədəfləyən Toni Adamsın komandası
məğlubiyyətsiz oyunlar seriyasını "Neftçi" ilə oyunda da davam
etdirməyə çalışacaq. Qeyd edək ki, "Qəbələ" bu oyunda da cəzalı olan
kapitan Mahir Şükürovun xidmətindən yararlana bilməyəcək.
Premyer Liqa
6-cı tur
17 sentyabr (şənbə)
Qarabağ - Xəzər Lənkəran
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Rahil Ramazanov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:00.
Simurq - Kəpəz
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala. Şəhər stadionu. Saat 18:00.
AZAL - İnter
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Samir Hacıyev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. "AZAL" stadionu. Saat 19:00.
18 sentyabr (bazar)
Turan - Bakı
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Tovuz. Şəhər stadionu. Saat 16:00.
Rəvan - Sumqayıt Şəhər
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. "Dalğa Arena" stadionu. Saat 17:00.
Neftçi - Qəbələ
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:30.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Neftçi" "Qəbələ"ni, "Bakı" "Turan"ı 2 qolla keçdi, "Sumqayıt Şəhər" "Rəvan"la sülh bağladı - TURNİR CƏDVƏLİ - YENİLƏNİB
18 Sentyabr 2011 20:25
0 Şərh
Baxış: 253

DİGƏR XƏBƏRLƏR
-
“Barselona” - “İnter” matçında 6 qol vuruldu
-
"Real"ın müdafiəçisi xəstəliyə tutuldu: Karyerasını erkən başa vura bilər
-
"Mançester" "Qalatasaray"ın futbolçusuna "elçi düşdü" - FOTO
-
Göbəyi açıq gəzməyi sevənlər üçün mükəmməl idman növü - Bunu bilmirdiniz
-
Rüdigerin cəzası bəlli oldu
-
“Braziliyada “Qarabağ” üçün futbolçu axtarıram”
XƏBƏR LENTİ
-
“X”dən daha bir yenilik
-
Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI
-
İş axtaranların nəzərinə: Ən çox tələb olunan beş ixtisas
-
İdmansız incə belin sirri - Bu qidaları nə qədər yesəniz də kökəltmir
-
Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır
-
Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin
-
2050-ci ilə qədər milyonlarla insan xərçəng riski ilə üz-üzə qalacaq - Düyüyə görə
-
Ağcabədidə ağır qəza - ölənlər var
-
Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır
-
“Barselona” - “İnter” matçında 6 qol vuruldu
-
2025-ci ilin 7 ən yaxşı yolsuzluq avtomobili
-
Bir ailənin iki üzvü qəzaya düşdü: Ölən və yaralanan var
-
İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir
-
Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
-
Masallıda məktəbli qızlar arasında dava
-
Moskva metrosunda uşaq doğuldu - VİDEO
-
Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib - FOTO
-
Daha bir serial yayımdan qaldırıldı
-
Bu gündən I sinfə şagird qəbulu başlayır
-
Günün qoroskopu: Azadlıq və fərdiyyət ehtiyacın artır
-
Beyonsun konsertində qızlar saçyolduya çıxdı - FOTOlar
-
Şarj dövrü tarixə qovuşur - 50 il işləyə bilən batareyalar satılacaq
-
Dərbəndin yeni başçısı azərbaycanlı oldu
-
Məşhur rusiyalı müğənni Ukraynada yaşayış icazəsi aldı - FOTO