İdman

Avstriya vitse-kansleri ölkəsində şahmat, cüdo və güləşin Azərbaycan səviyyəsinə yüksəlməsini arzu edir - FOTO

18 Sentyabr 2018 19:23
Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Avstriyanın vitse-kansleri, federativ idman naziri Heinz-Kristian Ştaxeninin (Heinz-Christian Strache) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, A.Rəhimov həmkarına Azərbaycana gəldiyi və idman sahəsindəki inkişafa böyük maraq göstərdiyi üçün təşəkkürünü bildirib, avstriyalı idmançıları Azərbaycana təlim məşq toplantılarına, təcrübə mübadiləsinə dəvət edib.

A.Rəhimov bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində idmanın inkişafı, idmançıların birgə təlim məşq toplantılarına qatılmaları üçün hər bir şərait var. Bununla yanaşı, nazir Azərbaycanın müxtəlif illlərdə ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran Pri turniri, Şahmat üzrə Dünya Olimpiadasına ev sahibliyi etdiyini, müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində Avstriya ilə maraqlı əməkdaşlıq edə biləcəyini də diqqətə çatdırıb.

A.Rəhimov görüş zamanı 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunları zamanı avstriyalı idmançı Vanessa Şahinoviçin düşdüyü qəzadan sonra Azərbaycan hökumətinin atletin sağalması istiqamətində bütün dəstəyi göstərdiyini və bu işdə vitse-kansler Heinz-Kristian Ştaxenin xidməti olduğunu qeyd edərək, ona dərin təşəkkürünü bildirib.

Öz növbəsində vitse-kansler, federativ idman naziri Heinz-Kristian Ştaxen də Azərbaycan Prezidenti İlham Əliyevə atlet Vanessa Şahinoviçin sağlamlığına çox həssas yanaşdığını, hər bir diqqət və qayğını göstərdiyini bildirərək, dərin təşəkkür edib.

Bununla yanaşı vitse-kansler Azərbaycan idmanı ilə sıx maraqlandığını, ölkəmizin bu sahədə qazandığı uğurların kifayət qədər yüksək olduğunu söyləyib. Heinz-Kristian Ştaxen Azərbaycanın cüdo üzrə Dünya çempionatına çox ciddi hazırlaşdığını, bu istiqamətdə keçirilən bir sıra tədbirlərə də qatıldığını diqqətə çatdırıb. Vitse-kansler Avstriyada da şahmat, güləş və idman növlərinin Azərbaycanla eyni səviyyədə inkişafını arzuladığını xüsusi olaraq vurğulayaraq, böyük məmniniyyətlə bu istiqamətlərdə qarşılıqlı əməkdaşlğa hazır olduğunu bildirib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.