Yaxşı oyun sərgilədik, rəqibin təzyiqinin qarşısını ala bildik və səfərdən bir xalla dönürük. Belə stadionda oynamaq həddindən artıq çətindir. Stadionun ot örtüyü bərbad vəziyyətdə idi.
Milli.Az futbol11.az saytına istinadən xəbər verir ki, bu sözləri Kosovo millisinin kapitanı Samir Uykani deyib.
Kosovo yığması UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk oyunu çərçivəsində səfərdə Azərbaycan millisinin qonağı olub. Bakı Olmipiya Stadionunda baş tutan qarşılaşmada hesab açılmayıb.
Matçla bağlı fikirlərini bildirən 30 yaşlı qolkiper komandasının oyunundan razı qaldığını söyləyib: "Azərbaycanla oyunun nəticəsinə görə xoşbəxtik. Çünki çətin olacağını bilirdik. 2 gün sonra isə yeni stadionumuzda Farer adalarını qəbul edəcəyik. İlk oyun bizi motivasiya edir".
"Rizəspor"un qapıçısı Bakı Olimpiya Stadionun ot örtüyünün bərbad vəziyyətdə olduğunu bildirib: "Biz çətin ot örtüyünə sahib olan, qazonu rənglənmiş meydanda təzyiqə tab gətirdik".
O, Kosovonu yaxşı gələcək gözlədiyini sözlərinə əlavə edib: "Biz böyük futbol ölkələrinə qarşı oynamağı bacarırıq. Futbol oynayırıq, topu ancaq irəli vurmuruq. Komandamız böyüyür. Kosovonun yaxşı gələcəyi olacaq".
Milli.Az