İdman

İngiltərənin finala çıxmasına Cüneyt Çakır mane olub - İDDİA - VİDEO - FOTO

13 İyul 2018 14:22
9 Şərh     Baxış: 12 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə mediası milli komandalarının Dünya çempionatı yarımfinalında Xorvatiyaya məğlub olduqları matçın nəticəsi barədə hər kəsi şok edən iddia irəli sürüblər.

Milli.Az xəbər verir ki, iddiaya görə, Türkiyədən olan hakim Cüneyt Çakır oyunun əlavə olunmuş vaxtında Mandzukiçin qolundan sonra İngiltərənin oyunu başlamasına icazə verməyib. Ada mətbuatına görə, bununla təcrübəli referi matçın nəticəsinə təsir edib.

Belə ki, xorvat futbolçular qol sevincini meydandan kənarda qeyd ediblər. İngilislər isə topu götürərək tez meydanın mərkəzinə gedib oyunu başlamağa çalışıblar. Lakin Cüneyt Çakır buna imkan verməyib.

Qaydalara görə, İngiltərənin rəqib futbolçular meydanda olmasa belə, oyuna başlamaq hüququ olub. Mətbuat iddia edir ki, təcrübəli referi oyunu saxlamasaydı, hesab 2:2 olacaqdı və bəlkə də matçın taleyini 11 metrlik cərimə zərbələri həll edəcəkdi.

Videonu izləmək üçün şəklə klikləyin:

İngiltərənin finala çıxasına Cüneyt Çakır mane olub - İDDİA

Adil Nəcəfov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.