İdman

"Dünya çempionatı deyil, sirkdir"

21 İyun 2018 19:34
0 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərakeş millisinin yarımmüdafiəçisi Nordin Amrabat dünya çempionatının qrup mərhələsində Portuqaliya ilə keçirilən oyunu dəyərləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, qələbəyə layiq çıxış etdiklərini vurğulayıb.

Amrabat görüşün baş hakimi Mark Gigeri də tənqid edib. Futbolçu ABŞ-lı referinin fasilədə yeganə qolun müəllifi olan Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldodan formasını istədiyini bildirib: "Hakim Ronaldonun təsiri altında qalmışdı. Hətta fasilədə ondan formasını da istəyib. Bunu Pepe danışarkən eşitdim. Qəribə hərəkətdi. Bura dünya çempionatıdı, sirk deyil".

Amrabat qarşılaşmanın 30-cu dəqiqəsindəki mübahisəli epizoda da toxunub: "Rəqib yalnız müdafiə olunurdu. 5-6 real qol vəziyyətimiz oldu. Biz qələbəyə daha çox layiq idik. Hətta Ronaldo da meydanın özlərinə aid hissəsinə çəkilmişdi. O ki qaldı penalti epizoduna, hakim orda yanlış qərar verdi. Tez-tez VAR sistemindən danışırlar. Əgər istifadə etməyəcəklərsə, danışmağın heç bir mənası yoxdur".

Xatırladaq ki, Portuqaliya - Mərakeş matçı birincilərin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.