İdman

“Bu, “Kəpəz”in üstünlüyü, bizim isə zəif cəhətimizdi” – Rəşad Sadıqov

14 Aprel 2018 19:21
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Kəpəz"lə matçdan sonra sualları cavabıandırıb.

- Nə deyə bilərsiniz matçla bağlı?

- Maraqlı oyun keçdi. Gəncədə oynamaq həmişə çətin olur. Komandanın mövqeyindən asılı olmayaraq bu dəyişmir. Qələbə qazanmaq istəyirdik. Topa nəzarət elədik, amma rəqibin standart vəziyyətlərindən bəzi çətinliklər də yaşadıq.

- "Qəbələ" sabah uduzsa, sona beş tur qalmış aradakı xal fərqi 15-ə bərabər olacaq. Demək olar ki, çempionluğu təmin edəcəksiniz...

- Son ana qədər mübarizə aparmaq lazımdı. İndi futbol elədi ki, bir az boşalan kimi sonra toparlanmaq çətin olur.

- Bugünkü oyunun ikinci hissəsində komandada sanki bir az boşalma var idi...

- Qoldan sonra bir balaca oyunu itirdik ilk hissənin sonlarında. Amma ikinci hissədə topa daha çox nəzarət edirdik.

- Standart vəziyyətlər zamanı hava toplarında müdafiəçiləriniz rəqibdən geri qalırdı. Səbəbi nədi bunun?

- Bu həmişə "Kəpəz"in üstünlüyü, bizim isə zəif cəhətlərimizdən biri olub. Onların heyətində başla oynayan yaxşı oyunçular var.

- Ramil Şeydayev bu gün "Qarabağ"da ilk qolunu vurdu. Sanki U-21 millisindən dönəndən sonra bir az artırıb...

- Ramilin qol vurması, keçən tur yaxşı oynaması, düşdüyü vəziyyətlə barışmayıb mübarizə aparması çox sevindirici haldı. Yaxşı oyun praktikası var. Tənbəllik eləmir. Bu gün də bəhrəsini gördü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.