İdman

"Real" ulduzu "Mançester Siti"yə satdı - 85 milyona

29 Mart 2018 16:12
1 Şərh     Baxış: 2 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real"ın ulduzu İskonun yeni klubu müəyyənləşib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını "Mançester Siti"də davam etdirəcək.

İddialara görə, artıq klublar transferi razılaşdırıb. "Mançester Siti"nin "Real"a 75 milyon funt-sterlinq (təxminən 85 milyon avro) ödəyəcək. İngiltərə klubu futbolçunun özü ilə də müqavilə detallarını razılaşdırıb.

İsko "Real"da yetərincə forma şansı qazanmadığı üçün komandanı tərk etmək qərarına gəlib. İspaniya millisi ilə Argentinanı 6:1 hesabı ilə yendikləri matçda 3 qol vuran futbolçu oyundan sonra vediyi açıqlamada "Mənə şans veriləndə nələr edə biləcəyimi göstərdim. Amma Zinəddin Zidan mənə güvənmir. Onun etimadını necə qazanacağımı bilmirəm" demişdi. Cari mövsümdə 40 rəsmi oyuna çıxan İsko 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.