İsveçrəli dağ xizəkçisi Mişel Gizin Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, 25 yaşlı xanım idmançı sürətli eniş yarışında 2 dəqiqə 20,90 saniyə göstərici ilə birinci olub. ABŞ təmsilçisi Mikaela Şiffrin (2 dəqiqə 21,87 saniyə) gümüş, isveçrəli Vendi Holdener isə bürünc medal (2 dıqiqə 22,34 saniyə) əldə edib.
Qeyd edək ki, bu, İsveçrənin 3-cü qızıl, ümumilikdə isə 11-ci medalı olub. Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.
Milli.Az