İdman

Zidan: ""Real"ı Ronaldusuz..."

17 Yanvar 2018 23:27
5 Şərh     Baxış: 3 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan son günlər Ronaldu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis bunları deyib:

"Mən narahat deyiləm. Klubdan kənarda hər kəs onun gedişindən danışa bilər. Amma Ronaldunun özü yalnız oyun barədə düşünür. Mən yalnız futbolu, onun bizə medanda necə kömək edəcəyini müzakirə edə bilərəm. "Real"ı Ronaldusuz təsəvvür edə bilmirəm. O, burda oynamalıdır. Klub və azarkeşlər onu sevir. Həmişə demişəm ki, onu Madriddən kənarda görmürəm. Məni ancaq idman dəyərləri maraqlandırır. Ronaldo komandanın çətin vaxtında da burdadır.

Konkret işləri müzakirə edə bilmərəm. O, əla futbolçudur. Kriştianunun meydanda göstərdikləri məni maraqlandırır".

Qeyd edək ki, İspaniya mediasında PSG-nin Ronaldoya illik 60 milyon avro məvacib təklif etməyə hazır olduğu yer almışdı. Digər tərəfdən Ronaldonun "Real"dan yüksək məvacib istədiyi, əks halda "Mançester Yunayted"ə keçməyə hazır olduğu deyilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.