İdman

“Beşiktaş” "Qarabağ"ın futbolçusunu transfer edir

18 Dekabr 2017 11:04
0 Şərh     Baxış: 3 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"dakı çıxışı ilə diqqətləri üzərində toplayan Mahir Mədətov "Beşiktaş"ın maraq dairəsindədi.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Şenol Günəş da futbolçuya göz qoyub, hətta Bakıya səfəri zamanı Mahirlə bağlı Qurban Qurbanovdan məlumatlar alıb. Bu barədə məlumatı "Futbol+" qəzeti yayıb.

Məlumatda qeyd olunur ki, "Qarabağ" rəhbərliyi və Qurbanov özü də gənc futbolçunun legioner həyatı yaşamasında maraqlıdı. Keçidin detalları danışıqlar masası ətrafında dəqiqləşdiriləcək.

Bu məqsədlə İstanbuldan Bakıya "Beşiktaş"ın rəsmiləri gəlir. Qonaqlar artıq bu gün paytaxtımızda olacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.