İdman

Gimnastikanın üç növü üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb - FOTO

7 Dekabr 2017 18:50
Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi və tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışların ikinci günündə akrobat və aerobika gimnastları çıxış edib.

Qeyd edək ki, yarışların ilk günündə balacalar, uşaqlar, yeniyetmələr və böyüklər yaş kateqoriyasına daxil olan kişi, qadın və qarışıq cütlüklərdə, eləcə də qadın və kişi qruplarında iştirak edib. Birinci gün həmçinin 3 müxtəlif yaş qruplarında idmançılar akrobatika cığırında çıxış edib.

Turnirdə Nizami rayonu idman məktəbi, Bakı Gimnastika Məktəbi, Ocaq Sport və Neftçi Klublarının idmançıları iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.