İdman

Oliver Kanın evi qarət olundu

5 Dekabr 2017 18:06
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya milli komandasının sabiq qapıçısı Oliver Kanın evi qarət olunub. 

Milli.Az report-a istinadən xəbər verir ki, oğrular 48 yaşlı veteran futbolçunun mənzilindən seyf aparıblar.

Hadisə baş verən zaman O.Kan və ailə üzvləri evdə olmayıblar. Bu səbəbdən zərərçəkən yoxdur. "Bavariya"nın sabiq qapıçısına dəyən maddi ziyanın məbləği açıqlanmır. Lakin söhbətin 6 rəqəmli məbləğdən getdiyi bildirilir.

Qeyd edək ki, O.Kan 1995-2006-cı illərdə Almaniya millisinin heyətində 86 oyun keçirib və 71 qol buraxıb. O, 2008-ci ildə karyerasını başa vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.