İdman

Qurban Qurbanov "Atletiko" ilə tarixi oyunu ŞƏRH ETDİ

18 Oktyabr 2017 22:46
2 Şərh     Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Çox əziyyət çəkdilər".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turu çərçivəsində "Atletiko"nu qəbul edən Ağdam təmsilçisi qolsuz heç-heçə sayəsində ÇL-də ilk xalını qazanıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov bunları deyib: "Həqiqətən, ağır oyun oldu. Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərindən də artığını meydanda qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular. Vacib xal qazandıq. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.