İdman

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

30 Avqust 2017 10:08
0 Şərh     Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq. 

Milli.Az report-a istinadən xəbər verir ki, kişilər və qadın cüdoçuların hər biri mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Kişi cüdoçulardan 73 kq çəki dərəcəsində Avropa çempionları Hidayət Heydərov ilə Rüstəm Orucov yarışacaq. Qadınlardan isə Səkinə Zayirova və İçinxorlo Munxtsedev qüvvəsini sınayacaq.

73 kq
1/32 final. Hidayət Heydərov - Ahmed əl-Meziati (Mərakeş)
1/32 final. Rüstəm Orucov - Akil Qyakova (Kosova) / Xavyer Ramires (İspaniya) cütünün qalibi

57 kq
1/32 final. Səkinə Zayirova - Viktoriya Mayorosova (Slovakiya)
1/32 final. İçinxorlo Munxtsedev - Xayone Ekuisoayn (İspaniya)

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq. 

Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş medal qazanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.