İdman

Prosineçkinin Bakıya gəlişinin yubanma səbəbi müəyyənləşdi: ailəsində problem yaranıb

21 Avqust 2017 12:11
0 Şərh     Baxış: 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Bakıya gəlişinin yubanma səbəbi müəyyənləşib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, hazırda vətəni Xorvatiyada olan 48 yaşlı mütəxəssisin ailəsində problemin yaranması ilə əlaqədardır.

Belə ki, R.Prosineçkinin qızı qidadan zəhərlənib. Bu səbəbdən onun avqustun 20-nə nəzərdə tutulan Bakı səfəri növbəti dəfə yubanıb. Baş məşqçinin avqustun 22-də gələcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 1-də səfərdə Norveçlə, sentyabrın 4-də isə evdə San Marino ilə 2018-ci il dünya çempionatının seçmə oyunlarına çıxacaq. Hələlik bu qarşılaşmalar üçün heyət açıqlanmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.