Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində Avropa çempionatının birinci seçmə mərhələsində, Almaniyanın Varnemunde şəhərində isə qitə birinciliyinin ikinci seçmə mərhələsində iştirak edəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ilk mərhələ 9-14 avqust, ikinci seçmə mərhələ isə 23-28 avqust tarixlərində baş tutacaq.
Seçmə mərhələlərdə iştirak edəcək millimizin heyəti aşağıdakı kimidi:
Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev.
Siofok (Macarıstan)
11 avqust
19:00 Azərbaycan - Portuqaliya
12 avqust
17:45 Belarus - Azərbaycan
13 avqust
16:30 Polşa - Azərbaycan
Varnemunde (Almaniya)
25 avqust
18:00 Almaniya - Azərbaycan
26 avqust
19:15 İtaliya - Azərbaycan
27 avqust
15:30 Azərbaycan - Ukrayna
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində