İdman

“Minsk” futbol klubundan Azərbaycana qarşı hörmətsizlik

24 İyun 2011 12:47
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Liqasında AZAL klubunun rəqibi olan Belarusun "Minsk" klubu Azərbaycana qarşı qərəzli məlumat yayıb. "Minsk" futbol klubunun rəsmi saytında AZAL və klubun təmsil etdiyi Bakı haqqında məlumatlar yerləşdirilib. Məlumatda AZAL - "Minsk" matçına avtomobillə gəlmək istəyən belaruslu azarkeşlərə Minsk-Qomel-Çerniqov-Xarkov-Poltava-Donetsk-Elista-Rostov-Qroznı-Qudermes-Mahaçqala-Bakı reysi təklif olunur. Saytda son şəhərlərin kriminal olduğu və azarkeşlərə bu şəhərlərdə ehtiyatlı olmaları tapşırılır. Eyni zamanda qeyd olunub ki, adıçəkilən şəhərlərdə tək gəzmək təhıükəlidir və buralarda qarşınızı reketlər və saqqallı şəxslər kəsə bilərlər.

Üstəlik, "Minsk" klubunun rəsmi saytında klubun azarkeşlərinin internet səhifəsinə keçid də qoyulub. Bu səhifədə isə arxasında "Ostorojno, azerbaydjanets" (ehtiyatlı ol, azərbaycanlı) sözləri yazılmış bir şəxsin şəkli də yerləşdirilib. Bundan başqa "Minsk"in heyətində erməni soyadlı Andrey Xaçaturyanın çıxış etdiyi və Azərbaycanın Ermənistanla münaqişə vəziyyətində olduğu xatırladılır. Saytda ermənilərin Azərbaycana gəlmələrinə icazə verilmədiyi də bildirilir.

AZAL klubunun mətbuat katibi Eldəniz Yusifov məsələ ilə tanış olduqdan sonra "Minsk" klubu nümayəndələri ilə əlaqə saxlayıb, onlara etirazını bildirib. "Minsk" klubunun nümayəndələri E.Yusifova məsələni araşdıraraq cavab verəcəklərini bildiriblər. E.Yusifov deyib ki, əgər Azərbaycanın ünvanına yazılmış sözlərə düzəliş olmasa, klub rəsmi etiraz ünvanlayacaq.

ANS PRESS
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.