İdman

"Qəbələ" fransızlara yenə uduzdu - YENİLƏNİB - VİDEO - FOTO

3 Noyabr 2016 23:56
2 Şərh     Baxış: 3 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:56

Avropa Liqası

IV tur

3 noyabr

C qrupu

"Qəbələ" - "Sent-Etyen" (Fransa) - 1:2

Qollar: Ruslan Qurbanov, 39 - Tannane, 45+1, Beriç, 53

Noyabrın 3-də "Qəbələ" klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "C" qrupunda mübarizə aparan təmsilçimiz "8-ci kilometr" qəsəbə stadionunda Fransanın "Sent-Etyen" komandasını qəbul edib.

İspaniyalı referi Karlos Del Serro Qrandenin idarə etdiyi matçda "Qəbələ"nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rəşad Sadiqov, Sergey Zenyov, Ruslan Qurbanov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Filip Ozobiç, Rikardinyo, Teo Uiks və Rəşad Eyyubov yer alıblar.

Fransa təmsilçisinin ilk onbirliyində isə meydana Stefan Rufye, Ussama Tannane, Henri Sayvet, Şeyx Mbenqu, Cordan Veretut, Ole Selnaes, Florentin Poqba, Kevin Mone Pake, Loik Perrin, Kevin Malsuit və Robert Beriç çıxıblar.

Komandalar oyuna sürətli templə start verib. Elə birinci dəqiqədə "Sent-Etyen" "Qəbələ"nin qapısında ilk təhlükəli hücum gerçəkləşdirib. Dmitri Bezotosnı isə qonaqların zərbəsini inamla dəf etməyi bacarıb. Fransız klubu hissənin əvvəlində topa sahib olmaqda və hücumameyilli oyunu ilə "Qəbələ"ni bir qədər üstələyib.

Hissənin ortalarına yaxın Roman Qriqorçukun yetirmələri təşəbbüsü ələ alıblar. Müdafiədən çıxmağı bacaran "Qəbələ" 26-cı dəqiqədə rəqib qapısında yaratdığı qol şansını əldən verib. Az keçməmiş qonaqların müdafiəçisi Zenyova qarşı qaydanı pozaraq onun qapıçı ilə təkbətək çıxmasının qarşısını alıb.

Tədricən hücumlarını artıran "Qəbələ" 39-cu dəqiqədə istəyinə çatıb. Ruslan Qurbanov komanda yoldaşının vurduğu zərbəni başı ilə tamamlayaraq "Qəbələ"ni hesabda önə çıxarıb - 1:0.

Ancaq təmsilçimiz hesabı qoruya bilməyib və ani səhv üzündən "Sent-Etyen" 45-ci dəqiqədə Tannanenin zərbəsi ilə hesabı bərabərləşdirib - 1:1. Komandalar fasiləyə bu hesabla yollanıb.

İkinci hissədə qalibiyyət üçün hücumlarını bir qədər də artıran təmsilçimiz əvəzində öz qapısında qol görüb. Beriç 53-cü dəqiqədə qonaqların heyətində fərqlənib-1:2. Qalan vaxta bütün qüvvə ilə hücuma atılan "Qəbələ" hesabda dönüş yarada bilməyib və tablodakı rəqəmlər oyunun sonunadək dəyişməyib.

Beləliklə, dörd turdan sonra xal qazana bilməyən "Qəbələ" Avropa Liqasında mərhələ adlamaq şansını itirib. Eyni qrupda oynanılan "Anderlext" (Belçika) - Maynts (Almaniya) görüşündə isə meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.

"Qəbələ" növbəti oyununu noyabrın 24-də Bakıda "Anderlext"ə qarşı keçirəcək.

Videonu izləmək üçün şəklə klikləyin:

Габала - Сент-Этьен 1:2. Обзор матча. Групповой этап ЛЕ 2016/17. 4 тур.

Baş hakim: Karlos Del Serro Qrande

Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez

Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi Qarrido

Dördüncü hakim: Abraham Alvarez Kanton (hamısı İspaniya)

Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)

UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)

Bakı. 8-ci km qəsəbə stadionu

"Qəbələ": 22. Dmitri Bezotosnı (q), 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyyubov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç (q), 4. Elvin Camalov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 13. Murad Musayev, 30. Petar Franyiç, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: Roman Qriqorçuk

"Sent-Etyen": 16. Stefan Rufye (q), 10. Ussama Tannane, 11. Henri Sayvet, 12. Şeyx Mbenqu, 14. Cordan Veretut, 17. Ole Selnaes, 19. Florentin Poqba, 22. Kevin Mone Pake, 24. Loik Perrin (k), 25. Kevin Malsuit, 27. Robert Beriç

Ehtiyat oyunçular: 30. Cessi Mulin (q), 2. Kevin Teofil Katrin, 4. Leo Lakro, 5. Vinsent Pajot, 9. Nolan Ru, 23. Aleksandr Soderlund, 35. Arnaud Nordin

Baş məşqçi: Kristof Qaltye

23:32

"Qəbələ" - "Sent-Etyen" (Fransa) - 1:2

Qollar: Ruslan Qurbanov, 39 - Tannane, 45+1, Beriç, 53

23:03

"Qəbələ" - "Sent-Etyen" (Fransa) - 1:1

Qollar: Ruslan Qurbanov, 39 - Tannane, 45+1

22:51

Avropa Liqası

IV tur

3 noyabr

C qrupu

"Qəbələ" - "Sent-Etyen" (Fransa) - 1:1

Qollar: Ruslan Qurbanov, 39 - Tannane, 45+1

22:38

Avropa Liqası

IV tur

3 noyabr

C qrupu

"Qəbələ" - "Sent-Etyen" (Fransa) - 0:0

Baş hakim: Karlos Del Serro Qrande

Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez

Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi Qarrido

Dördüncü hakim: Abraham Alvarez Kanton (hamısı İspaniya)

Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)

UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)

Bakı. 8-ci km qəsəbə stadionu

"Qəbələ": 22. Dmitri Bezotosnı (q), 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyyubov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç (q), 4. Elvin Camalov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 13. Murad Musayev, 30. Petar Franyiç, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: Roman Qriqorçuk

"Sent-Etyen": 16. Stefan Rufye (q), 10. Ussama Tannane, 11. Henri Sayvet, 12. Şeyx Mbenqu, 14. Cordan Veretut, 17. Ole Selnaes, 19. Florentin Poqba, 22. Kevin Mone Pake, 24. Loik Perrin (k), 25. Kevin Malsuit, 27. Robert Beriç

Ehtiyat oyunçular: 30. Cessi Mulin (q), 2. Kevin Teofil Katrin, 4. Leo Lakro, 5. Vinsent Pajot, 9. Nolan Ru, 23. Aleksandr Soderlund, 35. Arnaud Nordin

Baş məşqçi: Kristof Qaltye

21:33

Avropa Liqası

IV tur

3 noyabr

C qrupu

22:00. "Qəbələ" - "Sent-Etyen" (Fransa)

08:03

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qəbələ" də növbəti oyununa çıxacaq.

Roman Qriqorçukun yetirmələri qrupdakı 4-cü oyununda öz meydanında "Sent-Etyen"lə qarşılaşacaq. İki həftə əvvəl səfərdə minimalhesabla məğlub olduğu rəqibi ilə bu dəfə doğma meydanda üz-üzə gələcək "qırmızı-qaralar" azarkeşləri önündə ilk qələbə sevincini yaşamaq istəyir.

Ardıcıl 4 Avrokubok oyununda uduzan təmsilçimiz ilk 3 xalını qazanmaq və uğursuz seriyanı qırmaq üçün var gücü ilə mübarizə aparacaq. Əgər ötən mövsümün bürünc mükafatçısı 8-ci km qəsəbə stadionunda qalib gəlsə, bu həm də onların tarixindəki ilk Avroliqa qələbəsi olacaq.

"Qəbələ" səfər matçı ilə müqayisədə daha güclü heyətlə meydana çıxmaq imkanına malikdi. Çünki zədəlilərdən Rəşad Sadiqov artıq heyətə dönüb. Məşqlərə qatılan digər aparıcı oyunçu Nika Kvekveskiri və Elvin Camalovun da iştirakı istisna deyil. Baqaqli Dabo isə bu dəfə də heyətdən kənarda qalıb.

Cari mövsüm evdə keçirdiyi bütün avrokubok matçlarında qol vuran "qırmızı-qaralar" bu məhsuldarlığı fransalılara da nümayiş etdirməlidi. III təsnifat mərhələsində "Lill"i Bakıdan məğlub yola salmaqla Fransa təmsilçisini məğlub edən ilk klubumuz kimi tarixə düşən "Qəbələ" "Sent-Etyen"ə də eyni taleyi yaşatmalıdı. Bu gerçəkləşsə, son iki tur ərəfəsində "qırmızı-qaralar"ın 1/16 final şansları qalacaq. Təbii ki, bunun üçün uğurun davamını həmin matçlarda da gətirmək lazım gələcək.

Avropa Liqası

IV tur

3 noyabr

C qrupu

22:00. "Qəbələ" - "Sent-Etyen" (Fransa)

Baş hakim: Karlos Del Serro Qrande

Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez

Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi Qarrido

Dördüncü hakim: Abraham Alvarez Kanton (hamısı İspaniya)

Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)

UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)

Bakı. 8-ci km qəsəbə stadionu

1.

Anderlext

3

1

2

0

5:3

5

2.

Sent-Etyen

3

1

2

0

3:2

5

3.

Maynts

3

1

2

0

5:4

5

4.

Qəbələ

3

0

0

3

3:7

0

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.