İdman

Tennisin qaradərili kraliçası çimərlikdə pozalar verdi - FOTO

18 Aprel 2011 15:08
Baxış: 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, Uimbldon turniri ilə yanaşı, çoxsaylı yarışların qalibi, dünya qadın tennisinin "kraliça"sı sayılan Serena Uilyams dünən dostları və rəfiqələri ilə birlikdə ABŞ-ın Mayami şəhərindəki çimərlikdə dincəlib.

29 yaşlı qaradərili ulduzun əhvalı çox yaxşı olduğundan o, ətrafındakı fotoqraflara əhəmiyyət verməyib.
Halbuki Serena həddən ziyadə "cürətli" pozalarının mütləq şəkildə kütləvi informasiya vasitələrində yayılacağını bilirdi: "Ola bilər ki, bikinimi açıq-saçıq hesab edəsiniz. Amma olsun - mənə xoşdur".

Fevral ayında ağciyərində laxtalanmış qan ləkəsi aşkarlanan və emboliyanın aradan qaldırılması üçün cərrahiyyə əməliyyatına məruz qalan Uilyamsın dediyinə görə, depressiyadan çıxıb və indi özünü yaxşı, yeni turnirlərə hazır vəziyyətdə hiss edir.

Milli.Az













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.