"Hədiyyə gözlədiyim insanlar var"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə ölkəmizin qadın idmançıları müxtəlif növlərdə dünya arenalarında uğurla çıxış edərək fəxri kürsüdə Azərbaycan bayrağını dalğalandırırlar. Bunlardan biri də sambo idman növü üzrə Avropa Oyunlarının gümüş mükafatçısı, cüdo və sambo üzrə bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısı, gənc və perspektivli idmançı Nəzakət Xəlilovadır. Beynəlxalq Qadınlar Günü münasibətilə gənc idmançımızla görüşüb, onunla həmsöhbət olduq.
Milli.Az qol.az-a istinadən müsahibəni təqdim edir:
- Nəzakət, ilk növbədə səni Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, daha böyük uğurlar arzulayıram.
- Çox sağ olun, təşəkkür edirəm.
- 8 Martda kimdənsə hədiyyə gözləyirsən?
- Təbii ki, bütün qadınlar kimi. Amma kimlərdən gözlədiyim sirr qalsın (gülür).
- Bəs sən özün kimləri təbrik edəcəksən?
- Əlbəttə, ilk növbədə ailə üzvlərimi - anamı, qohumlarımı, sonra isə rəfiqələrimi və məşq yoldaşlarımı.
- Ümumiyyətlə, bu günü digər rəsmi günlərdən fərqləndirən nədir?
- Bu gün ancaq qadınlar üçündür. Qadınlar 8 Martda kimlər üçünsə nə qədər vacib olduğunu hiss edirlər. Həm də hədiyyələr alınır, hədiyyələr verilir...
- İndiyə kimi sənin üçün ən yaddaqalan Qadınlar Günü nə vaxt olub?
- Sözün düzü, deməzdim ki, yadda qalanı olub. Hər il eyni olur. Ən yaxşı halda dostlar tərəfindən bir neçə hədiyyə alıram (gülür).
- Bir az da idman həyatından danışaq. İndiyədək hansı uğurları qazanmısan?
- Avropa Oyunlarında çıxışlarım zamanı ciddi zədə aldığıma görə hələ ki, yarışlara qatılmıram. Bir müddət əvvəl əməliyyat olundum. Ona görə bir-iki ay çətin olsa da, müvəqqəti olaraq məşq etməməyə məcburam. Amma zədələrim tam müalicə olunduqdan sonra yenidən məşqlərə başlayacam, yarışlara qatılacam və əminəm ki, yenə də böyük uğurlar qazanacam.
- Bəs gələcək üçün nə kimi planların var?
- Əsas planlarım idman karyeramla bağlıdır. Mən də bütün idmançılar kimi dünya və Olimpiya çempionatlarında ən azından iştirak etməyi qarşıma məqsəd qoymuşam. Bunun üçünsə əzmlə çalışıram. Əminəm ki, çəkdiyim əziyyətlər hədər olmayacaq. Yaxın gələcək üçün isə elə bir plan yoxdur. Zədələrimlə əlaqədar bir müddət istirahət etməliyəm.
- Azərbaycan qadınlarını bu gün münasibətilə necə təbrik edərdin?
- Onlara cansağlığı, uğurlar arzulayıram. Həmişə dürüst və səmimi olmaqlarını diləyirəm.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)
-
Arda Güler Mbappe və Yamalı geridə qoydu – İlk sıradadır
-
“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə etdi
-
Hakimlərimiz Avropa Liqasının iki oyununa təyinat aldı
XƏBƏR LENTİ
-
Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
-
Üç bürcə noyabrın ortalarına qədər ciddi xəbərdarlıq
-
Dünyanın sonu, yanğınlar və böhranlar: Nostradamusun 2027-ci il üçün proqnozu
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi





